Türkiyə MN-dən Azərbaycanla bağlı növbəti açıqlamaSizinxeber.az – Azərbaycan Xəbərləri

19 Ocak 2021 - 20:31

Türkiyə MN-dən Azərbaycanla bağlı növbəti açıqlama

Türkiyə MN-dən Azərbaycanla bağlı növbəti açıqlama
ƏLAVƏ OLUNUB :

30 Noyabr 2020 - 0:51

Noyabrın 11-də Türkiyənin milli müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu arasında Qarabağda monitorinq üzrə mərkəzin yaradılması haqqında imzalanmış memoranduma uyğun olaraq, iki ölkənin əlaqələri davam edir.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin nümayəndəsi Pınar Karanın bəyanatında deyilir.

Nazirliyin nümayəndəsi qeyd edib ki, Azərbaycan Ordusu sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı çərçivəsində Cəbrayıl, Fizuli, Zəngilan və Qubadlı rayonlarını, kənd və qəsəbələri, strateji yüksəklikləri azad edib. Noyabrın 10-da nail olunmuş üçtərəfli razılıq çərçivəsində digər 2 rayon Azərbaycana qaytarılıb.

Azərbaycan Ordusu noyabrın 25-dən Kəlbəcəri minalardan təmizləyir. Dekabrın 1-dən işğal altındakı Laçın rayonu da Azərbaycana qaytarılacaq.

Kara vurğulayıb ki, Türkiyə bütün imkanları ilə Azərbaycanı onun haqlı mübarizəsində dəstəkləməyə davam edəcək.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.