TBMM sədri: “Türkiyə bütün münaqişələrdə haqlı olanın yanında yer almağı əsas götürür”Sizinxeber.az – Azərbaycan Xəbərləri

19 Ocak 2021 - 15:31

TBMM sədri: “Türkiyə bütün münaqişələrdə haqlı olanın yanında yer almağı əsas götürür”

TBMM sədri: “Türkiyə bütün münaqişələrdə haqlı olanın yanında yer almağı əsas götürür”
ƏLAVƏ OLUNUB :

10 Yanvar 2021 - 0:34

“Tarixi baxımdan Dağlıq Qarabağ Azərbaycan torpağıdır”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop “Cənubi Qafqazda güc balansı və Qarabağ münaqişəsi” mövzusunda Türkiyədə keçirilən simpoziumun açılış mərasimində deyib.

O bildirib ki, 19-cu əsrin əvvəllərində Rusiya və İran arasında imzalanmış müqavilələrə əsasən də, sovet vaxtı hazırlanan konstitusiyada da Dağlıq Qarabağın Azərbaycana aid olduğu açıq şəkildə təsbit edilib: “Sovet vaxtı Dağlıq Qarabağın heç vaxt Azərbaycan ərazisindən kənarda bir rəhbərliyə sahib olacağına dair hüquqi nizamlanma müzakirə mövzusu olmayıb. Bu baxımdan geriyə boylanarkən görürük ki, Dağlıq Qarabağ tarixən Azərbaycana aid bir ərazidir. Hüquqi baxımdan da Azərbaycan bu məsələdə haqlıdır. BMT-nin 4 qətnaməsi var. ATƏT-in qərarları da qeyd etməliyik”.

Türkiyə parlamentinin sədri qeyd edib ki, Ermənistan bu münaqişədə Rusiyanı öz yanına çəkmək üçün bəzi cəhdlər edib: “Rusiya Prezidenti cənab Vladimir Putin başda olmaqla rusiyalı rəsmilər müharibənin Azərbaycan ərazisində aparıldığını bildirdilər”.

TBMM sədri vurğulayıb ki, Türkiyə dünyanın harasında olursa-olsun bütün ixtilaflarda, münaqişələrdə haqlı olanın yanında yer almağı əsas götürür: “Ermənistan təkcə Dağlıq Qarabağda Azərbaycanla bir ixtilaf yaşamır, Ermənistan eyni zamanda, regionun təhlükəsizliyinə təsir edəcək təcavüzkar siyasət yürüdür. Ermənistan bunu Azərbaycan torpaqlarına etdiyi hücumlarla göstərdi. Az əvvəl Ermənistanın Rusiyanı münaqişəyə cəlb etmək üçün etdiyi cəhdlərdən danışdım. Ermənistan Naxçıvana etdiyi hücumla Türkiyəni münaqişəyə cəlb etmək cəhdləri ilə bölgədə sülh üçün təhdid olduğunu açıq şəkildə göstərdi”.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.