Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü keçiriləcəkSizinxeber.az – Azərbaycan Xəbərləri

20 Ocak 2021 - 09:25

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü keçiriləcək

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü keçiriləcək
ƏLAVƏ OLUNUB :

10 Yanvar 2021 - 20:05

Sabah Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında danışıqlar aparılacaq.

APA-nın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Görüş Rusiya Prezidentinin təşəbbüsü ilə keçirilir. Görüşdə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın icrası və regionda problemlərin həlli istiqamətində gələcəkdə atılacaq addımlar müzakirə olunacaq.

Görüşdə hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş rayonların əhalisinə yardım, blokadanın qaldırılması və iqtisadi-ticari və nəqliyyat əlaqələrinin inkişafı da diqqət mərkəzində olacaq.

Eyni zamanda V. Putinin Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə təkbətək görüşləri nəzərdə tutulub. 

 

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.