Putin Qarabağla bağlı gələcək məsləhətləşmələrdən danışdıSizinxeber.az – Azərbaycan Xəbərləri

23 Ocak 2021 - 20:54

Putin Qarabağla bağlı gələcək məsləhətləşmələrdən danışdı

Putin Qarabağla bağlı gələcək məsləhətləşmələrdən danışdı
ƏLAVƏ OLUNUB :

20 Noyabr 2020 - 23:38

Putin Qarabağla bağlı gələcək məsləhətləşmələrdən danışdı
Rusiya Prezidenti Vladimir Putin Qarabağla bağlı keçiriləcək məsləhətləşmələrin tənzimlənmə məsələsində bundan sonra da irəliləməyə kömək edəcəyinə ümid etdiyini açıqlayıb.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Qarabağda Rusiyanın sülhməramlı əməliyyatları barədə iclasda çıxışı zamanı Vladimir Putin qeyd edib ki, Azərbaycan və Ermənistandan olan həmkarları ilə yaxın vaxtlarda hər iki ölkəyə Rusiyanın qurumlararası nümayəndə heyətinin göndərilməsi üçün razılıq əldə olunub.
Rusiya Prezidentinin sözlərinə görə, nümayəndə heyətinin vəzifəsi – Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabrda atəşkəsə dair üçtərəfli bəyanatının icrasının aktual, ən vacib məsələlərinin nəzərdən keçirilməsidir.
“Ümid eidrəm ki, keçiriləcək məsləhətləşmələr bu istiqamətlərdə ciddi irəliləyiş əldə etməyə kömək edəcək”, – deyə V.Putin bildirib.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.