Putin Qarabağ münaqişəsinin həllinin Rusiya üçün əhəmiyyətindən danışdıSizinxeber.az – Azərbaycan Xəbərləri

28 Ocak 2021 - 12:59

Putin Qarabağ münaqişəsinin həllinin Rusiya üçün əhəmiyyətindən danışdı

Putin Qarabağ münaqişəsinin həllinin Rusiya üçün əhəmiyyətindən danışdı
ƏLAVƏ OLUNUB :

20 Noyabr 2020 - 23:37

Putin Qarabağ münaqişəsinin həllinin Rusiya üçün əhəmiyyətindən danışdı
Dağlıq Qarabağdakı kimi münaqişələr və onların tənzimlənməsi Rusiya üçün xüsusi əhəmiyyət kəsb edir.
“RİA Novosti”nin məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda sülhməramlı əməliyyata həsr olunmuş iclasda çıxışı zamanı bildirib.
“Bizim üçün, Rusiya üçün bu tip münaqişələr və onların həlli xüsusi dəyər və xüsusi əhəmiyyət daşıyır, xüsusi rol oynayır”, – deyə V.Putin qeyd edib.
Rusiya prezidenti bildirib ki, Dağlıq Qarabağda vəziyyətin tənzimlənməsi daxili təhlükəsizliyin təmin edilməsi baxımından vacibdir.
“Rusiyada milyonlarla azərbaycanlı və erməni yaşayır. Bizi bu respublikalarla çox əsrlik bağlar birləşdirir. Bu mənada bizim üçün daxili-siyasi ölçü də var və daxili təhlükəsizliyin təmin edilməsi, siyasət baxımından çox böyük maraq doğurur”, – deyə V.Putin qeyd edib.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.