Prezident: “Ermənilər Ağdamdakı məscidi ona görə tam dağıtmamışdılar ki...”Sizinxeber.az – Azərbaycan Xəbərləri

16 Ocak 2021 - 05:08

Prezident: “Ermənilər Ağdamdakı məscidi ona görə tam dağıtmamışdılar ki…”

Prezident: “Ermənilər Ağdamdakı məscidi ona görə tam dağıtmamışdılar ki…”
ƏLAVƏ OLUNUB :

13 Yanvar 2021 - 16:45

Prezident: “Ermənilər Ağdamdakı məscidi ona görə tam dağıtmamışdılar ki…”
Ağdamda və digər yerlərdə gördükləriniz, həmçinin Ermənistan rəhbərliyinin müsəlmanların dini hisslərinə və tarixinə necə münasibət bəslədiyini göstərir. Onlar biri istisna olmaqla bizim bütün digər məscidlərimizi dağıdıblar. 
Bu sözləri Prezident İlham Əliyev bu gün ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib.
“Ağdamdakı məscidi onlar ona görə tam dağıtmamışdılar ki, Azərbaycan Ordusu irəli gedəndə onların artilleriya hücumlarını planlaşdırmaq üçün ərazidə müəyyən bir oriyentirə ehtiyacı var idi. Onlar məsafəni ölçməli idilər. Səbəb bu idi. Lakin bizim məscidlərdə onların donuzları və inəkləri necə saxlaması ilə bağlı çoxsaylı şəkillər var. Bu, təkcə azərbaycanlıların təhqir edilməsi deyil, bu, bütün müsəlmanlara qarşı təhqirdir. Zəngilanın işğaldan azad edilmiş ərazilərinə səfərim zamanı mən tamamilə dağıdılmış məscidə baş çəkdim. Şuşada onlar bütün məscidləri tamamilə dağıdıblar, bir məsciddən başqa”, – deyə dövlət başçısı bildirib.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.