Millət vəkili: “Azərbaycanın ərazi bötövlüyünü bərpa etməsi regionun inkişafı üçün yeni perespektivlər təmin edib”Sizinxeber.az – Azərbaycan Xəbərləri

18 Ocak 2021 - 16:55

Millət vəkili: “Azərbaycanın ərazi bötövlüyünü bərpa etməsi regionun inkişafı üçün yeni perespektivlər təmin edib”

Millət vəkili: “Azərbaycanın ərazi bötövlüyünü bərpa etməsi regionun inkişafı üçün yeni perespektivlər təmin edib”
ƏLAVƏ OLUNUB :

10 Yanvar 2021 - 20:04

“Azərbaycanın öz ərazi bötövlüyünü bərpa etməsi ilə yaranan yeni geostarteji reallıq bütövlükdə regionun inteqrasiyası və inkişafı üçün də yeni perespektivlər təmin edib”. 

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib.   

H. Babaoğlu deyib ki, hazırki  postmüharibə mərhələsində Azərbaycan fəal şəkildə və sürətlə işğaldan azad edilmiş ərazilərində yol-nəqliyyat və infrastruktur layihələrini həyata keçirməkdədir. Belə olan halda yaranmış yeni şəraitdən daha səmərəli şəkildə istifadə etmək üçün region dövlətlərinin də diqqəti Azərbaycan yönəlmiş olur: “Bu sırada ilk növbədə Rusiya,Türkiyə və İranı qeyd edə bilərik. Əslində Rusiya və Türkiyənin problemin həllində oynadıqları mühüm siyasi rolu və postmüharibə mərhələsində sülhün qorunmasında iştirakını da nəzərə alsaq, o zaman bu iki ölkənin Azərbaycanla əməkdaşlıq kontekstində regionun iqtisadi-siyasi inteqrasiyasında da mühüm rol oyanaya biləcəkləri ortaya çıxmış olur. Şübhəsiz ki, qonşu İranın da regional inteqrasiya prosesində mühüm rol oynaya biləcəyi hər kəsə aydındır. Bu da region ölkələrinin, xüsusən də yeni reallıqların memarı olan Azərbaycanın arzu etdiyi bir tərəfdaşlıq platformasının yaranması üçün əsaslardan biri kimi çıxış edə bilər. Buna paralel olaraq Gürcüstanın Azərbaycan tərəfindən həyata keçirilən bütün regionla və beynəlxalq enerji və nəqliyyat layihələrində iştirakçı olduğunu nəzərə alsaq, əslində regional inkişafı və inteqrasiyanı təmin edə biləcək platformanın konturları dəqiqləşmiş olur. Nəzərə almaq lazımdır ki, işğal faktı artıq ortada olmadığına görə arzu etdiyi və yeni reallıqları qəbul etdiyi təqdirdə Ermənistanın da bu platformada iştirakı mümkündür. Ona görə də hazırda regionda davamlı sülhün və əməkdaşlığın təmin edilməsi üçün ən perespektivli platforma kimi 3+3 olmaqla, altıtərəfli platforma nəzərdən keçirilir. Yəni Azərbaycan -Türkiyə – Gürcüstan və Rusiya –İran- Ermənistan altıtərəfli əməkdaşlıq platforması regionumuzun inkişafı və ünümüddətli sülhün bərqərar olması üçün ən perspektivli platformadır”.

Deputat qeyd edib ki, təcrübə göstəriri ki, regiondan kənar aktorların iştirakçılığı bəzi halarda nəinki əməkdaşlığın inkişafına töhfə verir, tam əksinə, bəzən belə iştirakçılıq ziddiyət və qütbləşmə yarada bilir: “Ona görə də bundan sonrakı mərhələdə imzalanması perespektivi olan mümkün sülh müqaviləsi də elə altıtərəfli əməkdaşlıq platformasına daxil olan Rusiya-Türkiyə və Azərbaycan-Ermənistan arasında razlıaşdırılmış müqavilə ola bilər. Hazırda Rusiya sülməramlıları regionda sabitlşədirici rol oynamaqla Ermənistanda mövcud olan müharibə tərfdarlarının və revanşistlərin əl-qolunu bağlayır. Bundan başqa, Ermənistanda hələ də elə qüvvələr var ki , Rusiyanın regionda sülhyaratma və əməkdaşlığını inkişaf etdirilməsində oynadığı rolunu qəbul etmək istəmirlər. Onların məqsədi regiondan kənarda olan daha radikal aktorları prosesə cəlb etməklə yenidən müharibəni alovlandırmaqdan ibarətdir. Əslində  biz bilirik ki, bu həvəsdə olan bəzi dövlətlər də yox deyil. Ona görə də regionda əməkdaşlığın və sülhün qalıcı olması hər şeydən öncə elə region ölkələrinin marağındadır. Yeni yol nəqliyyat və kommunikasiya layihələrinin bərpası isə məhz bu məqsədlərə xidmət edəcək. Məsələn, dəmiryolu kommunikasiyalarının bərpası qonşu İranın Avrasiya İttifaqına üzv olan ölkələrlə əməkdaşlığına imkanlar yaradacaq. Eyni zamanda Türkiyə bütün kommunikasiyalardan istifadə etmək imkanları əldə edəcək. Beləliklə də uzun illərdir Ermənistanın işğalçılıq siyasəti ucbatından ifliç vəziyyətə düşmüş regionla inteqrasiya nəhayət, baş tuta biləcək ki, bu da bütün tərəflərin xeyrinə olacaq”.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.