Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTOSizinxeber.az – Azərbaycan Xəbərləri

27 Ocak 2021 - 06:25

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi – FOTO

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi – FOTO
ƏLAVƏ OLUNUB :

17 Noyabr 2020 - 16:34

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi – FOTO
Birinci vitse-prezident Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Birinci vitse-prezidentin təbrikində deyilir:
“Bütün Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, həmvətənlərimizin hər birinə möhkəm cansağlığı, sevgi və səadət diləyirəm!
Bu gün bizim hamımızı Vətənimizə ən nurlu, səmimi hisslər, ona, onun uğurlarına, nailiyyətlərinə və qələbələrinə görə qürur duyğuları birləşdirir!
Qoy Azərbaycan xalqının həmrəyliyi və dövlət müstəqilliyimiz əbədi olsun! Qoy Azərbaycanda daim sülh, firavanlıq və təhlükəsizlik hökm sürsün! Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!”

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.