Lavrov: Rusiya BQXK-nın Qarabağdakı işinə 2 milyon avro yardım təklifini dəstəkləyibSizinxeber.az – Azərbaycan Xəbərləri

21 Ocak 2021 - 09:11

Lavrov: Rusiya BQXK-nın Qarabağdakı işinə 2 milyon avro yardım təklifini dəstəkləyib

Lavrov: Rusiya BQXK-nın Qarabağdakı işinə 2 milyon avro yardım təklifini dəstəkləyib
ƏLAVƏ OLUNUB :

24 Noyabr 2020 - 19:28

Lavrov: Rusiya BQXK-nın Qarabağdakı işinə 2 milyon avro yardım təklifini dəstəkləyib
Rusiya prezidenti Vladimir Putin, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Dağlıq Qarabağdakı işinə kömək üçün məqsədyönlü şəkildə 2 milyon avroluq könüllü töhfəni yönəltmək təklifini dəstəkləyib.
Bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Rusiya-24” telekanalına açıqlamasında deyib.
Bölgənin humanitar ehtiyaclarından bəhs edən Lavrov Moskvanın ilk növbədə BMT sistemində bir çox beynəlxalq təşkilatlarla, o cümlədən Qaçqınlar üzrə Ali Komissarlıq, Humanitar məsələlər üzrə koordinasiya bürosu, UNESCO, Uşaq Fondu, Dünya Qida Proqramı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə gündəlik işini qeyd edib.
Nazir həmçinin Bakı və İrəvanda fəaliyyətini əsla dayandırmayan BQXK-ya xüsusi təşəkkürünü bildirib.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.