İlham Əliyev: “Peyvənd bu ay ərzində Azərbaycana gətiriləcək” - VİDEOSizinxeber.az – Azərbaycan Xəbərləri

18 Ocak 2021 - 17:42

İlham Əliyev: “Peyvənd bu ay ərzində Azərbaycana gətiriləcək” – VİDEO

İlham Əliyev: “Peyvənd bu ay ərzində Azərbaycana gətiriləcək” – VİDEO
ƏLAVƏ OLUNUB :

07 Yanvar 2021 - 20:19

Koronavirus, əlbəttə ki, bütün dünya üçün çox böyük sınaq idi. Hesab edirəm ki, Azərbaycan bu sınaqdan şərəflə çıxır. Vəziyyət tam nəzarətdədir. Operativ tədbirlər nəticəsində yeni xəstəxanalar tikildi, laboratoriyalar alındı. Həkimlər səfərbər olundu. Koronavirus xəstələrinə qulluq edən həkimlərin maaşları artırıldı, onlar əməkhaqlarının 3-5 misli həcmində maaş alırlar. 
Bu sözləri yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə deyib.
“Çox böyük sosial paket təqdim edildi. Bir neçə milyard manat dəyərində sosial paket koronavirusdan əziyyət çəkən insanlara, o cümlədən qeyri-formal çalışan və işsiz vətəndaşlara yardım kimi göstərildi. Bu gün biz peyvəndi gözləyirik. Ümid edirik ki, peyvənd bu ay ərzində Azərbaycana gətiriləcək. Hər halda bütün kontraktlar imzalandı. Peyvəndin bir qədər gec gətirilməsi bizdən asılı deyil. Ondan sonra insanlar kütləvi qaydada bu peyvənddən istifadə edəcək və canımız bu xəstəlikdən qurtaracaq”, – deyə prezident bildirib.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.