Fransa səfiri: “Senatın qətnaməsi Parisin rəsmi mövqeyini dəyişdirmir” - VİDEOSizinxeber.az – Azərbaycan Xəbərləri

21 Ocak 2021 - 05:39

Fransa səfiri: “Senatın qətnaməsi Parisin rəsmi mövqeyini dəyişdirmir” – VİDEO

Fransa səfiri: “Senatın qətnaməsi Parisin rəsmi mövqeyini dəyişdirmir” – VİDEO
ƏLAVƏ OLUNUB :

26 Noyabr 2020 - 15:32

Fransa səfiri: “Senatın qətnaməsi Parisin rəsmi mövqeyini dəyişdirmir” – VİDEO
Fransanın Azərbaycandakı səfiri Zaxari Qross Report-a müsahibəsində Fransa Senatının Dağlıq Qarabağla bağlı qətnamə layihəsini qəbul etməsini şərh edib:
– Senatın dünən qəbul etdiyi, Fransa Xarici İşlər Nazirliyinin mövqeyinə zidd olan qətnaməni necə qiymətləndirirsiniz?
– Fransanın hökumət naziri Jan-Batist Lemuan hökumətin Senat qətnaməsinə baxış nöqtəsini açıqlayıb. Fransa hökumətinin mövqeyi dəyişməyib. Fransa “Dağlıq Qarabağ Respublikası”nı tanımır.
– Sizcə, bu, münaqişənin həllinin münaqişədən sonrakı mərhələsinə necə təsir göstərə bilər?
– Nazir Lemuanın qeyd etdiyi kimi, Senatın qərarı heç bir şəkildə Dağlıq Qarabağa təsir etməyəcək.
– Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir. Senatın bu qətnaməsi Fransanın vasitəçi kimi neytrallığını və balansı itirdiyini şübhə altında qoymurmu?
-Yox. Qətnamə Fransanın rəsmi mövqeyini dəyişdirmir. Fransa hökuməti Dağlıq Qarabağ nizamlanmasına tərəfsiz və balanslı yanaşmaya sadiqdir.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.