Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən oktyabr-noyabr ayları ərzində şəhər ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan, dələduzluq, oğurluq, soyğunçuluq, hədə-qorxu ilə pul tələb etmə, xuliqanlıq cinayətləri edən ümumilikdə 72 nəfər saxlanılıb. Həmin şəxslərdən 47-i narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub. Onlardan 34-ü barəsində məhkəmə tərəfindən həbs, 13-ü haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Qanunsuz dövriyyədən 2 kiloqrama yaxın marixuana, 1 kiloqram 300 qramdan artıq heroin, müxtəlif çəkidə psixotrop maddə olan metamfetamin, tiryək, eləcə də yüzlərlə narkotik tərkibli həblər çıxarılıb.

Bu barədə Yeniavaz.com-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Məlumata görə, qeyd edilən dövr ərzində Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı şəhər ərazisində yerləşən evlərdən və mağazalardan oğurluqlar edən 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Bundan əlavə vətəndaşların etibarından sui-istifadə edərək onları işlə təmin edəcəyi barədə yalan vədlər verən və zərərçəkmişlərin 12000 manat pulunu dələduzluq yolu ilə ələ keçirən 1, bankların qarşısında dayanaraq yaşlı insanlara kömək etmək adı ilə yaxınlaşan və pullarının ələ keçirən 1, soyğunçuluq və xuliqanlıq edən 3, hədə-qorxu ilə pul tələb edən 1 nəfər şəxs də saxlanılaraq məsuliyyətə cəlb olunub.

Qeyd edilib ki, aşkar edilən bütün faktlarla əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

 

Sizinxeber.Az

Şirvanda narkotik satan 47 nəfər tutulub – Video

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!