“Məmurlar bu villaları hansı pulla tikiblər?“ - Baloğlan Əşrəfovdan sərt AÇIQLAMASizinxeber.az – Azərbaycan Xəbərləri

7 Mart 2021 - 18:14

“Məmurlar bu villaları hansı pulla tikiblər?“ – Baloğlan Əşrəfovdan sərt AÇIQLAMA

“Məmurlar bu villaları hansı pulla tikiblər?“ – Baloğlan Əşrəfovdan sərt AÇIQLAMA
ƏLAVƏ OLUNUB :

05 Fevral 2021 - 14:34

Azərbaycanda koronavirus epidemiyasına görə kütləvi mərasimlər, o cümlədən toylar artıq bir ilə yaxındır qadağan edilib. Bu da əsas gəlirlərini el şənliklərindən əldə edən sənət adamlarının etirazına səbəb olub.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Baloğlan Əşrəfov toylara icazə verilməməsinə etiraz edib:

“Allah musiqiçilərin qapısını açsın. Onlar yiyəsiz, yazıqdırlar, arxasında dayanan qüvvə yoxdur ki, onları da qabağa verib desinlər ki, toylara icazə verilməlidir. Yəqin ki, restoranlar, müxtəlif yerlər açılanda onların dalında dayanan olub ki, bunu tələb ediblər. Çox qorxulu zamandır, amma həqiqəti deməsəm də Allahımdan qorxuram. Hərdən bəzi vəzifəli şəxslər, sosioloqlar efirə çıxırlar deyirlər ki, toylarda 50-150 nəfər olsun, belə keçirilsin. Amma bir şeyi düşünmürlər ki, balasını dünyaya gətirən kişi 30 il ondan-bundan pul tapıb toylara gedir, pul salır ki, illər sonra toy edəndə verdiyi pulları geri alsın. Öz balasına bir otaq tiksin, yaxud mebel alsın. Bunu təklif edənlərin özlərinə əlbəttə bu sərf edər. Çünki onlar öz balalarının toyunu dünyanın bahalı yerlərinddə – Amerikada, digər Avropa ölkələrində edirlər, gələn qonaqlardan heç pul da almırlar. Onların buna nə ehtiyacı var? Bəs musiqiçilərin, toy etmək istəyənlərin halı necə olacaq?! Bilirsiniz, nə qədər ailələr dağılıb? Eləsi var ki, ailə qurub, amma yaşamağa şərait yoxdur, boşanırlar. Kasıb insanlar toy edib illərlə verdikləri pulu geri ala bilmədilər. Allah canlarını sağ etsin, nə deyim?”

Sənətçi müəyyən qaydalara riayət etməklə el şənliklərinin keçirilə biləcəyini vurğulayıb:

“Bütün idarələr, qurumlar, mağazalar, restoran-kafelər pandemiya dövründə fasilələrlə açılıb-bağlanıb, amma musiqiçilərə olmaz! Çünki yiyəsizdirlər. Musiqiçilər həmişə öz dövlətlərinə şərəflə xidmət ediblər. Müxtəlif rayonlarda tədbirlərdə iştirak ediblər. Heç onda soruşan olmayıb ki, siz bura hansı pulla gəlmisiniz? Sevindirici haldır ki, muzeylər açılıb. Muzeylərin açıldığını eşidəndə üç gün bayram elədim! (Gülür) A kişi, utanmırlar danışırlar. Vallah, mən xəcalət çəkirəm.

Mən vətəndaş olaraq hökumətimi həmişə dəstəkləmişəm. Dövlətimizin rəhbərinə hər zaman sədaqətlə qulluq etmişəm, hörmətlə yanaşmışam. Çünki əgər mən seçkilərdə səs vermişəmsə, seçmişəmsə gərək onların dalında dayanam. Amma ona xidmət edən müəyyən qurumlar, vəzifəli şəxslər var ki, onları Allah saxlasın, əllərindən, ayaqlarından nə gəlir əsigəməsinlər! Şadlıq evləri kasıb-kusubların deyil, hər zaman zallarda səliqə-səhmana, təmizliyə diqqət edilib, guya pandemiya dövründə insanlar qudurğanlıq edib zalları dağıdacaqlar? Gələn hamı biləcək ki, xəstəlik var, tədbirini görəcək, içəri daxil olanda da hər kəsin hərarəti ölçülüb buraxılar. Belə olsa, heç bir problem yaranmaz. Niyə qapazı məhz musiqiçilərin başına vururlar?!”

Əşrəfov cütlüklərin toysuz evlənməyinin tərəfdarı olanları da sərt şəkildə ittiham edib:

“Bir söz deyən kimi yazırlar ki, “Qurtardı daha toylar, pul dövrü bitdi”. O sözləri deyənlərin çoxsu sonsuzdurlar, heç övladları yoxdur, ona görə bu sözü deyirlər, çünki sərf edir. Bəs 4-5 uşaq böyüdən valideyn balasına toy etməsin? Günahdır, vallah, günahdır. Bu millət yazıqdır. Toyların qadağan edilməsinin tərəfdarı olanların böyük əksəriyyətinin balalarının toyunda oxumuşam. İndi deyirlər ki, toy lazım deyil, çünki milyardları var. “Toy olmasın, nikah bağlayıb evlənsinlər” deyənlər bizim milli adət-ənənmizə, kökümüzə düşmənlərdir. Onlar bizi müxtəlif millətlər kimi ayaqüstü toy etməyə çəkirlər. Həmin millətlər ayaq üstə evlənir, elə ayaq üstə də boşanır. Bu Azərbaycan xalqının milli mentalitetinə ziddir. Bunu deyənlər kimlərdirsə, onların zatına, kökünə bir daha baxmaq lazımdır, axtarmaq lazımdır ki, genlərində nə var”.

O, bəzi vəzifəli şəxslərin koronavirusdan öz mənfəətləri üçün istifadə etdiyini bildirib:

“Mən Azərbaycan xalqının nümayəndəsiyəm, Azərbaycanıma qurban olum. Dövlətin başında dayananlara indiyə qədər hörmətlə yanaşmışam, amma bəzi insanlar fürsətdən istifadə edirlər. Öz mənfur niyətlərini pandemiyanın, koronavirusun boynuna yıxırlar. Bu artıq başqa söhbətdir, bundan istifadə edirlər, aldadırlar. Bizə deyirlər ki, halal zəhmətlə dolanın, mən bugünə qədər vergi ödəyicisiyəm. Amma görün indi nələr ortalığa çıxır, vəzifə başında dayanan məmurların lüks villalarını, mülklərini görürük. Həmin pullarla bir rayonu, kəndlərini dolandırmaq olar. Bu qədər pulu haradan əldə ediblər?! Müğənnilərə deyirlər ki, vergi vermirsiniz. Bəs onlar bu qədər villaları necə tikiblər? Onlar maaşla dolanıblar, biz də gündəlik qonorar almışıq. Bizdən milyon dəfə yaxşı şəraitdə yaşayırlar. Halal xoşları olsun! Özləri bilər. Amma bu yazıq millətin başına vurmasınlar, hər şeyi koronanın ayağına yazmasınlar. Mənim bütün musiqiçilərim Moskvaya toy çalmağa çıxıb gediblər. Moskvada guya korona yoxdur?”

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.