Sizinxeber.Az

Hüseyn Əzizoğlunu döyüblər? – VİDEO

0 2

Sosial şəbəkədə 800 mindən artıq izləyicisi olan bloqer Hüseyn Əzizoğlu hədələrə məruz qalır.

Oxu.Az xəbər verir ki, buna səbəb onun çəkdiyi videolardır.

Bu videoların baxış sayı 200-400 min arası dəyişsə də, rəy bölməsində Əzizoğluya tərif əvəzinə, daha çox tənqid və təhqir yazılır.

Sosial şəbəkə istifadəçiləri bildirir ki, Hüseynin videoları gülməli deyil, əksinə, zərərlidir və insanlara mənfi təsir edir. Məhz bu səbəbdəndir ki, onun videolarına qıcıq olanlar Hüseyni döyməklə hədələyir.

Ötən gün isə yerli mətbuatda onun döyülməsi ilə bağlı xəbər yayılıb. Bildirilir ki, Əzizoğlunun avtomobilinin qarşısını kəsərək onu döyüblər.

Bloqer bu iddialara “Instagram Story”də cavab verib. O, video paylaşaraq, döyülmədiyini, hər şeyin yaxşı olduğunu bildirib.

Qeyd edək ki, Hüseyn Əzizoğlu videolarından əlavə, “Maşın” şounun 16-cı sürətində iştirakı zamanı da tamaşaçılar tərəfindən qınanılmış, təhqirlərə məruz qalmışdı. Şoudan sonra bloqerin “Instagram” hesabını beş mindən çox izləyici tərk etmişdi.

Şərhlər
Loading...