Sizinxeber.az – Azərbaycan Xəbərləri

“Maşın”da günün yekunu: Əməkdar artist oyunda qaldı, heç kimi kənarlaşdırmadı – YENİLƏNİB+VİDEO

“Maşın”da günün yekunu: Əməkdar artist oyunda qaldı, heç kimi kənarlaşdırmadı – YENİLƏNİB+VİDEO
72 dəfə Baxılıb
05 Oktyabr 2019 - 0:15

“Maşın”da günün yekunu: Əməkdar artist oyunda qaldı, heç kimi kənarlaşdırmadı – YENİLƏNİB+VİDEO
“Maşın” şouda tamaşaçı səsverməsi başa çatıb.

Oxu.Az xəbər verir ki, heç kimi oyundan kənarlaşdırmayacağını söyləyən Əməkdar artist Fatma Mahmudova tribunaya çıxıb.

Aktrisa 64,73% səs toplayaraq şouda qalıb.

Tamaşaçılar Fatma Mahmudovanın oyunda “qalmasını” istəyiblər.

Əməkdar artist isə sözünün üstündə durub və heç kəsi oyundan kənarlaşdırmayıb.

4 oktyabr, 22:57

“Maşın” şousunda iştirakçıların səsverməsinin nəticələri açıqlanıb.

Əməkdar artist Fatma Mahmudova və müğənni Niyam Salaminin şəkilləri hərəsi dörd dəfə qutuya atılıb.

Daha sonra şounun aparıcısı Murad Dadaşov gün ərzində hər iki məşhura gələn səs faizlərini açıqlayıb. Niyam Səlamiyə 1.12%, Fatma Mahmudovaya isə 0,9% səs gəlib.

Fatma Mahmudovanın Niyam Salamidən az səs toplaması onun tamaşaçı səsverməsinə çıxmasına səbəb olub.

Beləliklə, əməkdar artist tribunaya çıxaraq, tamaşaçılardan şouda “qalması” üçün səs isyəyib:

“Mən bu gün heç kəsi çıxartmayacam oyundan. Əgər mənə səs gəlsə, qalacam, əgər səs toplamasam, gedəcəm. Qoy estafet gənclərin olsun. Mən onları bu oyunda lap çox sevdim. Acgöz insan deyiləm”.

22:30

“Maşın” realiti şousunun “Maskarad” adlı sürətinin daha bir qalmaqallı və mübarizə dolu gecəsinə start verilib.

Oxu.Az xəbər verir ki, 16 məşhur dəyəri 50 min manat olan “Opel INSIGNIA” markalı avtomobil uğrunda qızğın döyüşə başlayıblar.

Öncə iştirakçıların səsverməsinin nəticələri açıqlanıb.

Daha sonra verlişin aparıcısı, Xalq artisti Murad Dadaşov repçi Qurdu tribunaya çağırıb.

Qurdla bağlı videosüjet efirə gedib. Həmin videomaterialda görünür ki, Qurd bir əlini Aqşin Fatehin əlinin üstünə, digərini isə maşının üstünə qoyub.

Amma anidən o avtomobildən əlini götürüb. Qayda pozuntusuna yol verən repçi şoudan uzaqlaşdırılıb.

Qurddan sonra xalq artisti Bilal Əliyev də əlini avtomobildən çəkərək, şoudan öz istəyi ilə ayrılıb.

O, addımını bu cür şərh edib: “Bu gün səhər-səhər sübhanə yeməyə qalxanda gördüm ki, qapıda bir nəfər gözləyir. Telefonla gəlmişdi. Məni atamla danışdırdı. Dünən olanlara görə atam mənə hirslənib. 87 yaşı var. Oradan mənə bir xəbər göndərdi ki, oğlum, bir dəqiqə də orada dayanmırsan, əlini çəkirsən, öz evinə yox, düz mənim evimə gəlirsən, kəndə. Mən də əlimi çəkirəm”.

Beləcə, bir gündə şounu iki məşhur iştirakçı tərk edib.

Hazırda isə 14 məşhur şouda mübarizəni davam etdirir. Bir neçə dəqiqədən sonra onların səsverməsi nəticəsində bir nəfər tribunaya çıxaraq, tamaşaçılardan şouda “qalması” üçün səs istəyəcək.

Посмотреть эту публикацию в Instagram

Qurd Maşın Şounu tərk etdi!

Публикация от Maşın “Maskarad” (@mashin18realityshow) 4 Окт 2019 в 11:20 PDT

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]