Sizinxeber.az – Azərbaycan Xəbərləri

Murad Arif ondan mahnı istəyən müğənniyə 10 min “oxudu” – VİDEO

Murad Arif ondan mahnı istəyən müğənniyə 10 min “oxudu” – VİDEO
7 dəfə Baxılıb
09 Sentyabr 2019 - 16:05

Murad Arif ondan mahnı istəyən müğənniyə 10 min “oxudu” – VİDEO
Bu yaxınlarda bəstəkar-müğənni Murad Arifə müraciət etdim. Dedim ki, mən təzə-təzə çıxıram, yüksək büdcəm yoxdur ki, sənətimi inkişaf etdirim. Duet oxumağı təklif etdim. Dedi ki, mən mahnı satıram – aranjemansız 10 min manata. Duet haqqında danışmaq da istəmədi. Heç belə yaxına da buraxmadı.

Bu sözləri müğənni Mina aparıcı Tarix Əliyevin “Youtube”da yayımlanan “Səmimi” adlı verilişində dilə gətirib.

Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Murad Ariflə əlaqə saxlayıb.

O, açıqlamasında Minaya 10 min manata mahnı satmaq faktını təsdiqləyib, Mina ilə arasında mahnı söhbətlərinin pərdəarxası məqamlarını danışıb.

“Minanın həm zövqünü, həm ifa tərzini, səsini, çox bəyənirəm. Xalq artisti Aygün Bəylərin “Günahkarsan” mahnısını oxuduqdan sonra onu özümdə bir ifaçı kimi yenidən kəşf etdim. Mənə mahnı ilə bağlı müraciət etdi. Artıq üç ilə yaxındır ki, heç bir müğənniyə mahnı yazmadığımı bildirdim. Lakin bu xanıma böyük simpatiyam olduğu üçün ona mahnı yazacağımı söz verdim. Hesab edirəm ki, doğru seçilən nəğmələrlə Mina yüksəkləri fəth edə bilər. Qiymət barədə gəzən şayiələr də doğrudur. Mən ucuz mahnılar yazmıram, bəstələmirəm. Yazdığım mahnıların qiyməti bugünkü bazara da tam uyğundur. Yaxşı mahnının, yaxşı da qiyməti olur. Onu da deyim ki, Minanın dediyi kimi, təkcə mahnıya görə mən ondan 10 min manat istəməmişəm. Bu 10 minin içində həm aranjeman, həm mahnıya uyğun sözlər və bir sıra digər məsələlər də var. Bir sözlə, bu mahnı Mina üçün bir layihə olacaq, mən bu layihənin həm də musiqili prodüseri olacağam”.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]