ilbet
Semyon Peqov Moldovada saxlanıldı

Semyon Peqov Moldovada saxlanıldı

Abunə Ol
Dekabr 14, 2021 22:42
Semyon Peqov Moldovada saxlanıldı
0

BƏYƏNDİM

ABUNƏ OL

Rusiyalı jurnalist Semyon Peqov Moldovada xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Artyom Turov Teleqram kanalında məlumat yayıb.

O bildirib ki, təyyarədə Kişinyovdan Moskvaya uçmağa hazırlaşan Peqov Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən bir saatdan çox saxlanılıb:

“Telefon, noutbuk və digər avadanlıqların axtarışı və hərtərəfli öyrənilməsi ilə yanaşı, xüsusi xidmət orqanınının əməkdaşları Rusiya vətəndaşını Ukrayna təhlükəsizlik qüvvələrinə təhvil verəcəkləri ilə bağlı hədələyiblər”.

Deputat qeyd edib ki, axtarışlardan sonra Peqov sərbəst buraxılıb.

Xatırladaq ki, Qarabağ müharibəsi zamanı cəbhədən təxribat xarakterli məlumatlar yayan Semyon Peqovla bağlı Azərbaycanın Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Baş Prokurorluq tərəfindən qeyd edilən şəxsin vətəndaşı olduğu ölkənin səlahiyyətli qurumlarına hüquqi yardım haqqında sorğu göndərilib.

WWW.SİZİNXEBER.AZ

En az 10 karakter gerekli


FİKİR BİLDİR!

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.