Rumıniyalı parlamentari: Seçki prosesində mətbuat nümayəndələri üçün heç bir məhdudiyyət olmayıb - FOTO
“Mən Rumıniya Senatının qərarı ilə Rumıniya-Azərbaycan Dostluq Qrupunun üzvü olaraq bu missiyada iştirak edirəm. Müşahidəmiz zamanı müəyyən etdik ki, seçki məntəqələri qrafika uyğun açılıb, eyni zamanda, komissiyaların tərkibi hüquqi normalara uyğun olaraq formalaşmış, seçki qutuları isə möhrülənmişdi".
APA xəbər verir ki, bunu Rumıniya Senatının komitə sədri Kristian Oqusten-Tsarqalaş mətbuat konfransında söyləyib.
O əlavə edib ki, hər kəsin demokratik hüququndan istifadəsi üçün şərait yaradılıb:
“Seçkiləri müstəqil müşahidəçilər də izləyirdi. Eyni zamanda mətbuat nümayəndələrinin də səsvermə prosesini izləməsi üçün hər cür şərait yaradılmışdı, heç bir məhdudiyyət yox idi. Təhlükəsizlik məntəqəyə gələn şəxslərin şəxsiyyət vəsiqəsini təqdim etməsi ilə təmin olunurdu. Məntəqələrdə təbliğat materialları və kənar şəxslər müşahidə etmədik. Yekunda onu qeyd etmək istəyirəm ki, vətəndaşların səsvermə kimi demokratik hüququndan istifadə etməsi üçün şərait yaradılmışdı. Yekun hesabat Senatın sədrinə və əlaqəli qurumlara göndəriləcəkdir".
Oxşar xəbərlər
ATƏT Müşahidə Missiyasının koordinatoru: Səsvermə prosesini müşahidə üçün əlverişli şərait yaradılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
MDB PA müşahidəçiləri: Seçicilərin azad şəkildə öz fikirlərini ifadə etməsi üçün hər cür şərait yaradılıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Serbiya Milli Assambleyasının üzvü: Azərbaycanda seçicilər səsvermə prosesində iştirakın vacibliyini dərk edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
MDB PA-nın nümayəndə heyəti parlament seçkilərinə hazırlıq prosesi barədə məlumatlandırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukraynalı deputat: Seçki prosesi beynəlxalq və insan hüquqlarına hörmət çərçivəsində baş tutub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












