“Heç zaman ailə qurmaq istəməmişəm. Bundan sonra da ailə qurmaq istəmirəm. Yaşım artıq 40-a yaxınlaşır. Mən Səidə kimi artıq formalaşmışam. Bundan sonra hansısa bir kişinin nazını çək, paltarını yu, ona bax… Bunlar mənlik deyil. O, mənə desin ki, bunu-onu eləmə. Mən artıq formalaşmış bir insanam. Bundan sonra məni kim dəyişə bilər ki?!”
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan “MTV maqazin” verilişinə müsahibəsində deyib.
O həmçinin uşaqları çox sevdiyini də söyləyib:
“Ana olmaq istəmirəm və bunun arzusunda da deyiləm. Bu dünyaya övlad gətirmək istəmirəm. Ən böyük arzum isə 5-dən çox uşaq övladlığa götürməkdir. Onlara mənəvi ana olmaq istəyərəm. Təhsil verim və onların üstündə zəhmətim, əməyim olsun”.
Rəşad Əliyev, Bizim.Media