Sizin Reklamınız Burada ola bilər!
Şəhid Səbuhinin qardaşı: “Üç dəfə yaralandı, 7 gün müalicə aldı, sonra dedi, ürəyim partlayır, dura bilmirəm”

“Vətən müharibəsi başlamazdan qabaq qardaşım Səbuhi Əhmədov gizir rütbəsi almışdı, fərqlənmə nişanı vermişdilər”.
Oxu.Az xəbər verir ki, bu sözləri sentyabrın 12-13-də Ermənistanın təxribatının qarşısını alarkən şəhid olan SOS uşaq kəndində böyümüş Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov deyib.
O bildirib ki, müharibə başlayanda qardaşı da döyüşlərdə ön sırada olub:
“Suqovuşan, Zəngilan, Ağdərə, Füzuli istiqamətində döyüşüb. Mən qardaşımı düşünürdüm ki, görəsən, haradadır, necədir? Səbuhi Şəki batalyonu ilə döyüşə girdi. Suqovuşan istiqamətində döyüşlərdə ayaqlarından qəlpə yarası aldı.
Ümumilikdə üç dəfə yaralanmışdı Səbuhi. Yeddi gün müalicə aldı, sonra dedi, ürəyim partlayır, dayana bilmirəm. Zəngilana getdi. Döyüş zamanı maşında sıxılıb qalan silahdaşını xilas edərkən əlini yandırmışdı. Ağdərə istiqamətində də baş nahiyəsindən qəlpə yarası almışdı. Səbuhi 44 günlük Vətən müharibəsindən dörd medal ilə qayıtmışdı”.
Sənan deyir ki, qardaşı ilə bağlı məlumat ala bilmədiyi günlərdə xəbər gəlmişdi ki, Səbuhinin taqımından şəhidlər var:
“Çox qorxurdum ki, qardaşıma da nəsə olar. Səhvən demişdilər ki, Səbuhi şəhid olub, amma sağ idi. Zəng edib, “Mənim qardaşımın nəşi gəlib?” soruşmaq çətin idi. Sonra mənimlə əlaqə saxladı, dedi, yaxşıyam. Vətən müharibəsindən sağ-salamat qayıtmışdı deyə mən inanmırdım ki, nə vaxtsa qardaşım şəhid ola bilər. Mən onunla fəxr edirəm, amma bunu qəbul etmək mənim üçün çox çətindir”.
Könül Cəfərli

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Şəhid Səbuhinin qardaşı: “Üç dəfə yaralandı, 7 gün müalicə aldı, sonra dedi, ürəyim partlayır, dura bilmirəm”

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Giriş Yap

Yandex.Metrica