featured

Şəhid gizir Məhəmməd Məmmədov Biləsuvarda torpağa tapşırılıb

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin müxtəlif istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olan Ordumuzun giziri Məmmədov Məhəmməd Bilal oğlu dəfn edilib.

“Report”un Muğan bürosunun məlumatına görə, şəhid M.Məmmədov böyüyüb boya-başa çatdığı Biləsuvar rayonunun Ağalıkənd kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin doğmaları, sakinlər, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, müharibə veteranları iştirak ediblər.

Şəhidin tabutunın büründüyü üçrəngli bayraq onun atasına təqdim olunub.

Qeyd edək ki, M.Məmmədov 1995-ci ildə Ağalıkənd kəndində anadan olub, 2020-ci ilin iyul ayından Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq xidmətə başlayıb.

2021-ci ilin dekabr ayından isə Azərbaycan ordusunda gizir rütbəsində xidmət göstərib.

Şəhid subay idi.

Sizinxeber.Az

Şəhid gizir Məhəmməd Məmmədov Biləsuvarda torpağa tapşırılıb

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

SİZİNXEBER.AZ AZƏRBAYCAN XƏBƏRLƏRİ ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!