Sizin Reklamınız Burada ola bilər!
featured

Şəhid anasına “oğlunuz sağdır” deyib 4 min aldı

Xaçmazda müəllim işləyən 37 yaşlı Nuranə Orucovanın bir sıra dələduzluq əməlləri üzə çıxıb.

“Kriminalqafqaz”ın məlumatına görə, hüquq-mühafizə orqanlarına daxil olan şikayətlər əsasında aparılan araşdırmalar zamanı məlum olub ki, o, həmkəndlisi Sabrina Süleymanova ilə əlbir olaraq müxtəlif şəxsləri məktəbdə işə düzəldəcəyinə dair vəd verib. Bunun qarşılığında isə onlardan müxtəlif məbləğlərdə pul alıb. O, vətəndaşlara qarşı ümumilikdə 20 min manat dələduzluq etməkdə təqsirli bilinir.

N.Orucovanın ən böyük dələduzluq əməllərindən biri isə şəhid anası Zabilə Musayevaya qarşı olub. O, Vətən Müharibəsində şəhid olan Əliheydər Hüseynlinin anasına zəng edib özünü Müdafiə Nazirliyinin vəzifəli şəxsi kimi təqdim edib. Şəhid anasını inandırıb ki, oğlu sağdır və əsirlikdədir. N.Orucova Əliheydərin sağ-salamat gələcəyini vəd verməklə Z.Musayevadan 4000 manat pul alıb.

Qeyd edək ki, N.Orucova istintaq müddətində vətəndaşlara vurduğu ziyanın 12 min manatını ödəyib. Onunla bağlı başlanılan cinayət işinin istintaqı tamamlanıb və baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Prosesə hakim Fəhmin Hümbətov sədrlik edəcək.

Xatırladaq ki, Əliheydər Hüseynli Vətən Müharibəsinin sonuncu günü Xocavənddə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Amin Nəzərli

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Şəhid anasına “oğlunuz sağdır” deyib 4 min aldı

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Yap

Yandex.Metrica