Sizin Reklamınız Burada ola bilər!
featured

Səfirliyimizə hücum edənlər belə həbs edildi – Video

Xəbər verdiyimiz kimi, Londonda radikal dini dəstə Azərbaycan səfirliyinə təxribat xarakterli hücum təşkil edib.

Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırıb, radikal şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb.

London polisinin məlumatına görə, səfirliyə hücumla bağlı 8 nəfər saxlanılıb.

Hadisə zamanı xəsarət alan olmayıb, faktla bağlı araşdırma davam edir.

“Polis yerli vaxtla saat 16:30 radələrində bir qrup etirazçının səfirlik binasına daxil olması barədə məlumat alıb. Hadisə yerinə dərhal gələn polis 8 nəfəri səfirlik binasına qanunsuz daxil olmaqda və binaya zərər vurmaqda şübhəli bilərək saxlayıb”, – deyə məlumatda qeyd olunur.

Axar.az xəbər verir ki, sosial şəbəkələrdə qruplaşma üzvlərinin polis tərəfindən saxlanılmasını əks etdirən görüntülər yayılıb.

Həmin görüntüləri təqdim edirik:

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Səfirliyimizə hücum edənlər belə həbs edildi – Video

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Yap

Yandex.Metrica