Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” Ticarət Mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
***
“Sədərək” Ticarət Mərkəzində (TM) baş verən yanğınla əlaqəli polis və aidiyyəti dövlət qurumlarının əməkdaşları hadisə yerinə cəlb edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
“Təhlükəsizlik və ziyanın miqyasını azaltmaq üçün tədbirlər görülür. Bu məqsədlə əraziyə əlavə canlı qüvvə çıxarılıb”, – DİN rəsmisi qeyd edib.
***
Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” Ticarət Mərkəzində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Bu barədə Axar.az-a FHN-in Mətbuat xidmətindən bildirilib.
Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hazırda hadisə yerindədir.