Sizin Reklamınız Burada ola bilər!
featured

“Səbuhi Vətən müharibəsində 3 dəfə yaralanmışdı” – Şəhidin qardaşı

“Vətən müharibəsi başlamazdan qabaq qardaşım Səbuhi Əhmədov gizir rütbəsi almışdı, fərqlənmə nişanı vermişdilər”.

“Unikal” xəbər verir ki, bunu sentyabr 12-13 düşmən təxribatının qarşısını alarkən şəhid olan SOS uşaq kəndində böyüyən Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov deyib.

O bildirib ki, müharibə başlayanda qardaşı da döyüşlərdə ön sırada gedirdi:

“Suqovuşanda, Zəngilanda, Ağdərə, Füzulidə döyüşüb. Mən qardaşımı düşünürdüm ki, görən hardadı, necədi? Səbuhi Şəki batalyonu ilə döyüşə girdi. Suqovuşan istiqamətində döyüşlərdə ayaqlarından qəlpə yarası aldı. Ümumilikdə 3 dəfə yaralanmışdı Səbuhi 7 gün müalicə aldı, sonra dedi ürəyim partlayır, dayana bilmirəm. Ağdərə istiqamətində də baş nahiyəsindən qəlpə yarası almışdı. Səbubi 44 günlük Vətən müharibəsində 4 medal ilə gəlmişdi”

Sənan qeyd edib ki, qardaşı ilə bağlı məlumat ala bilməyən günlərdə xəbər gəlmişdi ki, Səbuhinin tağımından şəhidlər var:

“Çox qorxurdum ki, qardaşıma da nəsə olar. Səhvən demişdilər ki, Səbuhi şəhid olub, amma sağ idi. Çətindi zəng edib soruşmaq ki, “mənim qardaşımın nəşi gəlib?” Sonra mənlə əlaqə saxladı, dedi yaxşıyam. Vətən müharibəsindən salamat qayıtmışdı deyə, mən inanmırdım ki, bu dəfə qardaşım şəhid ola bilər. Son döyüşlərdə qardaşım qəhrəmancasına şəhid olub. Mən onunla fəxr edirəm, amma bunu qəbul etmək mənim üçün çox çətindir”.

Anar Kəlbiyev

 

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
“Səbuhi Vətən müharibəsində 3 dəfə yaralanmışdı” – Şəhidin qardaşı

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica