Mədəniyyət nazirinə yeni müavin təyin edilib.
Axşam.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Səadət Vidadi qızı Yusifova mədəniyyət nazirinin müavini təyin olunub.
Qeyd edək ki, S.Yusifova bu təyinatadək Azərbaycan Prezidentinin Administrasiyasında müxtəlif vəzifələrdə çalışıb. 2014-2019-cu illərdə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri olub. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsinə təyinat alıb. Bakı Dövlət Universitetinin və Fransanın Robert Şuman Universitetinin məzunudur.