“Sanki peyğəmbərin qohumları ölməyə Azərbaycana gəlib” - Deputatdan irad
“Sanki peyğəmbərin qohumları ölməyə Azərbaycana gəlib” - Deputatdan irad

“Sanki peyğəmbərin qohumları ölməyə Azərbaycana gəlib” – Deputatdan irad

Deputat Fazil Mustafa yerli telekanallarda çalışan jurnalistlərə iradlarını bildirib.

Turkustan.az xəbər  verir ki, bu barədə fikirlərini feysbuk hesabında paylaşan parlamentari  telekanal rəhbərlərinə müraciət ünvanlayaraq, dini cahilliyi təbliğ  edən verilişləri yayımlamamağı xahiş edib.

Deputat statusunda yazır: 

“Hörmətli televiziya rəhbərləri! Xahiş edirəm, tabeçiliyinizdə olan  jurnalistlərə tapşırıq verin ki, dini cahilliyi təbliğ edən verilişlər,  süjetlər yaymasınlar. Adam bir ziyarətgahı göstərib deyir ki, burada  5-ci imamın bacısının qızı dəfn olunub, adamlar gəlib burada şəfa  tapırlar. Digər süjetdə də göstərilən məzarlarda ya peyğəmbərin xalası  nəticəsi, ya da 6-cı inamın əmisi uşağı yatır, cahil insanlar da buranı  pirə çeviriblər. Adam axtarsa heç özünün üç arxa dönənini müəyyənləşdirə  bilməz, elə inamla deyir ki, sanki peyğəmbərin və imamların qohum  əqrabalarının çoxu ölməyə Azərbaycana gəlib. Burdan bura Rusiyada  sürgündə dünyasını dəyişmiş böyük aydınımız Yusif Vəzir Çəmənzəminlinin  məzarını tapa bilmirik, bunlar haçansa bura ərə gəlmiş məchul bir  xanımın məzarı üstündə məqbərə tikib, imamın xalası nəvəsi kimi məzarına  səcdə etməyə gedirlər.

Xalqımızın əhəmiyyətli hissəsinin cahillik mazoxizmini həyat tərzinə  çevirməsi bir reallıqdır, ancaq bunu ciddi informasiya kimi  televiziyalar tirajlamamalıdır. Çünki təcrübə göstərir ki, bu cür elmi  və mənəvi dəyəri olmayan təbliğata inananlar həmişə çox olur”.

Sizinxeber.Az

“Sanki peyğəmbərin qohumları ölməyə Azərbaycana gəlib” – Deputatdan irad

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

SİZİNXEBER.AZ AZƏRBAYCAN XƏBƏRLƏRİ ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!