Sizin Reklamınız Burada ola bilər!
Sizin Reklamınız Burada ola bilər!

Samir Adıgözəlli: “Mübariz Mənsimov “Lotu Quli”ni sağlığında söyə bilməzdi” – VİDEO

featured

Türkiyədə yaşayan, Azərbaycanlı iş adamı kimi tanınan Mübariz Mənsimovun Xural tv də qarmaqarışıq videosunu izlədim.

Niyə qarmaqarışıq ?

Mənsimov həmin videoda “Nənəm mənə kor deyib, gəlib gedəni vur deyib ” məntiqi ilə, daha doğrusu məntiqsiz ifadələrlə çıxış edir. Hər kəsi hədələdi, borclu çıxartdı , döydü – söydü , özünü isə öz aləminin kralı elan etdi. Türmədən çıxdıqdan sonra gündəmə gəlmək istəyən “Palmali” şirkətinin patronunun video çıxışının bir hissəsinə toxunacam.

Mübariz Mənsimovun çıxışında qəribə səslənən məqam mərhum Lotu Quli ( Nadir Səlifov ) haqqında dedikləridir. O bildirir ki, Lotu Quli ona zəng vuraraq dostları haqqında danışmamağı istəyib. Mənsimov isə Qulini telfonda söydüyünü qeyd edir.

Təsəvvür edin , Mənsimov deyir ki, leksikonumda nə qədər söyüş var idisə hamısını telefonda ona dedim. Baxın, bu sözləri özünü iş adamı adlandıran bir şəxs deyir. Əvvəla, vəfat etmiş bir şəxsin arxasınca danışmaq, özü də publik danışmaq etikadan kənar bir hərəkətdir.

İkincisi , Mənsimovun “ Lotu Quli”yə telefonda söyməsi də inandırıcı deyil .Tam əminəm ki, “Quli” sağ olsaydı , bu sözləri demək cəsarəti Mənsimov da olmazdı.

“Lotu Quli”yə telefonda söydüm demək, onu aşağılamaq Mübarizi yüksəldəcək hal deyil. Pafoslu cümlələrlə danışan Mənsimovun şirkətinin niyə müflis olduğu indi daha aydın görünür.

Samir ADIGÖZƏLLİ,

İSBAM sədri

Sizinxeber.Az
0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Samir Adıgözəlli: “Mübariz Mənsimov “Lotu Quli”ni sağlığında söyə bilməzdi” – VİDEO

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Et

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!