Sizin Reklamınız Burada ola bilər!
Şahin Diniyev: “Qarabağ” hər bir halda “Neftçi” ilə oyunun favoritidir”
Şahin Diniyev: “Qarabağ” hər bir halda “Neftçi” ilə oyunun favoritidir”

Şahin Diniyev: “Qarabağ” hər bir halda “Neftçi” ilə oyunun favoritidir”

Şahin Diniyev: “Qarabağ” hər bir halda “Neftçi” ilə oyunun favoritidir”
“Qarabağ” hansı heyətlə meydana çıxmasından asılı olmayaraq “Neftçi” ilə oyunun favoritidir”.
Bunu “Report”a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev “Qarabağ” və “Neftçi” komandaları arasında keçiriləcək Azərbaycan Premyer Liqasının VIII turunun mərkəzi qarşılaşması barədə danışarkən deyib.
56 yaşlı mütəxəssis bu duelin 6 xallıq matç olduğunu bildirib:
“Bu iki kollektivdən başqa, “Sabah” da çempionluq uğrunda mübarizə aparır. Ağdam təmsilçisi VI turda əsas oyunçuları olmadan Murad Musayevin baş məşqçi olduğu komandaya qalib gəlib. Məncə, Qurban Qurbanov derbidə də rotasiyalar edəcək. “Qarabağ” üçün ikinci heyət ifadəsini işlətmək istəmirəm. Komandanın digər heyəti də güclü təsir bağışlayır. Əsas futbolçular 60-cı dəqiqədən sonra meydana girib, görüşün taleyini dəyişə bilirlər. Məncə, bu dəfə də “Sabah”la qarşılaşmadakı ssenari təkrarlanacaq”.
Diniyev “köhlən atlar”ın oktyabrın 6-da Yunanıstanda UEFA Avropa Liqasının qrup mərhələsində “Olimpiakos”la vacib matça görə bəzi aparıcı oyunçularına istirahət verə biləcəyini istisna etməyib:
“Son vaxtlar milli komandalardan qayıdanlar da çox oyun keçiriblər. Ona görə “Qarabağ” üçün çətin olacaq. Komandada rotasiya mütləqdir. Problem əsasən müdafiəçilərlə bağlıdır. Bəhlul Mustafazadə və Bədavi Hüseynov yığmanın Slovakiya və Qazaxıstana qarşı hər iki qarşılaşmasında iştirak ediblər. Kevin Medina və Maksim Medvedev bir müddət zədəli olublar. Bəhlul ilə Bədavi “Neftçi” və “Olimpiakos”a qarşı görüşlərdə 90 dəqiqə meydanda olsalar, artıq yorulacaqlar. Başqa mövqelərdə isə dəyişiklik etməkdə hər hansı problem görmürəm. Digər oyunçuların hər biri çempionluq uğrunda oynamağa hazırdırlar”.
Mütəxəssis azarkeşlərin baxımlı oyun izləyəcəyini söyləyib:
“Neftçi” əsas rəqibinə “diş” göstərə bilər. “Ağ-qaralar”ın hücum potensialı böyükdür. Bu komandada da görüşün taleyini həll edə biləcək futbolçular var”.
Qeyd edək ki, oktyabrın 1-də “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu saat 18:00-da başlayacaq.

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Şahin Diniyev: “Qarabağ” hər bir halda “Neftçi” ilə oyunun favoritidir”

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Giriş Yap

Yandex.Metrica