Sizin Reklamınız Burada ola bilər!
Sizin Reklamınız Burada ola bilər!

Sahil Babayevin əlillik sirrinin üstü açıldı…. – Ağcabədi Mərkəzi Xəstəxanasında nələr baş verir..?

featured

Turantv.az:- Həbs olunan direktorun “qırxı” çıxmamış  Təranə Məmmədova “əlillik”  dərəcəsi satmağa  başladı…

Ağcabədi  rayon səhiyyəsi ilə bağlı araşdırma zamanı bəlli oldu ki, çox yox e, 2 il öncə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində işləyən Fövzi Tahirovun  qanunsuz əməlləri ilə əlaqədar keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.
Və  Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının direktoru Fövzi  Tahirov həbs edilib. 
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının direktoru və digər vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.
Bəlli olub ki…..
Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Fövzi Tahirovun qeyd olunan vəzifədə işləməklə Həkim Məsləhət Komissiyasının ( HMK ) sədri səlahiyyətlərini həyata keçirərkən xəstəxananın digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olmaqla 2020-ci ilin əvvəllərindən 30 noyabr 2020-ci il tarixədək olan müddət ərzində əlillik əlamətləri olan xəstələrə ƏLİLLİK  dərəcəsinin müəyyən edilməsi məqsədi ilə həmin xəstələrin sənədlərinin aidiyyəti qurumlara göndərilməsi müqabilində ayrı-ayrı şəxslərdən sözügedən müəssisədə Ailə-Sağlamlıq şöbəsinin müdiri vəzifəsində işləyən Bəşirova Məhbubə Mübariz qızı vasitəsilə xəstəxananın inzibati binasındakı xidməti otağında ümumilikdə 10 min manat, xəstəxananın baş mühasibi Abbasov Nizami Əşrəf oğlu vasitəsilə ümumilikdə 5 min 300 manat, habelə qeydiyyatçı vəzifəsində işləyən Ağayeva Fatma Cahid qızı vasitəsilə ümumilikdə xeyli məbləğdə pul vəsaitini rüşvət qismində alaraq həmin pulu qabaqcadan əlbir olduğu şəxslərlə aralarında bölməklə şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Qeyd edilənlərlə əlaqədar, Korrupsiya Baş İdarəsinin əməkdaşları tərəfindən Fövzi Tahirovun xidməti otağına və avtomobilinə baxış keçirilərkən iş üçün mühüm əhəmiyyət kəsb edən sosial kartlar, pul vəsaitləri və müxtəlif əlyazma qeydlər aparılmış bloknotlar aşkar edilərək sübut qismində götürülmüşdür.
Və dövlət vəsaiti  hesabına göndərilən DƏRMANLARIN  özəl apteklərdə  satılması məlum olub.
Bu boyda  cinayət əməlləri uzaq tarixdə deyil ee, 2 il əvvəl baş verib. Və…
Fikir verdinizmi, söhbət əsasən ƏLİLLİK dərəcələrinin satılmasından və  dövlətin verdiyi  DƏRMAN preparatlarının satılmasından gedir.
Bütün Ağcabədi camaatı düşündü ki, bu boyda həbsdən sonra  yəqin ki, rayon səhiyyəsində  ciddi müsbət dəyiklik olacaq. Amma…
Əmması odur ki, nəticədə Cəsur Paşayev  həbs olunan Fövzi Tahirovun yerini, yəni vəzifəsini tutaraq Mərkəzi Xəstəxananın direktoru oldu. Təranə Məmmədovanı isə özünə müavin götürdü.
Təsəvvür edirsiniz, Təranə Məmmədova  3 vəzifəni daşımağa başladı:
Direktorun müavini, Mərkəzi Xəstəxananın Baş həkimi və üstəlik  Tibbi-Sosial Elspert Komissiyasının sədri.
Bir adama 3 vəzifəni necə tapşırmaq olar..?
Və ən dəhşətlisi odur ki, obrazlı desək, Fövzi Tahirovun “qırxı” çıxmamış Təranə Məmmədova elə bir “razqon”  götürdü ki, Fövzi onun yanında  heç nə oldu…
Bəli, deməli həbslə-filanla deyil, ciddi islahatlara ehtiyac var. Sözün qısası, Təranə Məmmədova qısa vaxtda “dəlilik” kağızı, “kar-kor”  vəsiqəsi, əlillik dərəcəsi  satmaqla rayonda məşhur oldu. Qiymətlər də ən azı  4-5 min manat.
Əlimizdə olan  konkret sənədləri cəmiyyətə və müvafiq dövlət qurumlarına təqdim edirik:
1.  Əlizadə Anar – uşaqdır, karlığa görə əlillik
2.  Əlizadə Əli – onkoloji xəstəliyə görə, I qrup əlil
3.  Rüstəmov Etiram – karlıq-eşitmə…
4.  Əliyev Şükür – karlıq, nitq …
5.  Heydərov Zəmanəddin-  nəfəs borusu….
6.  Əhmədov Niyazi  – psixiatriya….
Gördünüzmü, biz  konkret sənədləri təqdim edirik, kimin şübhəsi varsa, buyurub komissiya təşkil edə bilər.
Burada bir məsələni xüsusi olaraq qeyd edək.
Deməli hər bir xəstəninin tarixçəsində onun adının qarşısında əlaqə telefonu göstərilir.
Əlimizdə olan sənədlərdə xəsətələrinin çoxunun qarşısında eyni “zerkalni”  nömrə var : 050-151-51-51
Məlumdur ki, bu nömrələr xəstələrə məxsus deyil.
Birincisi, ona görə ki, 280 manat əlil puluna ehtiyacı olan kəsin 20 min manatlıq mobil nömrə işlətməsi heç bir məntiqə sığmır.
Saxta əlillik dərəcələri ilə bağlı  başqa bir mühüm məsələni də qeyd edək.
Saxta yolla  əlillik dərəcəsi almaq istəyən şəxsin  xəstəlik kağızında onun adı-soyadı yazılır, amma qalan bütün göstəricilər  hansısa həqiqi xəstə şəxsin, həqiqi əlilin  göstəriciləri olur, sadəcə tarix dəyişdirilir.
Hətta ürək xəstəliyi adı ilə Kardilologiya İnstitutunun  analiz -sənədlərini “skan”  edərək  xəstəlik tarixçəsinə əlavə edirlər.
İndi isə keçək ikinci mühüm məsələyə, yəni DƏRMAN satışına…
Bəli, dövlət vəsaiti hesabına Mərkəzi Xəstəxanaya daxil olan dərmanlar ilk öncə faktura ilə anbara daxil olmalı oarada sənədləşdirilməlidir.
Bəli, dövlət qaraciyər  xəstələri üçün xüsus dərmanlar, şəkər xəstələri üçün çöplər, insulin iynələr, klekson dərmanları Ağcabədinin Mərkəzi Xəstəxanasına göndərir. Amma…
Əmması odur ki, dərman  xəstələrə deyil, Bərdədə, İmişlidə, Ağcabədidə yerləşən özəl apteklərə göndərilir və satılır.
Vaxtilə Bərdə ticarət karvan yolu üzərində olan kimi, elə bil  Ağcabədi Mərkəzi Xəstəxanası da Bərdəni, İmişlini dərmanla təmin edir.
Görəsən, Ağcabədinin icra başçısı Rafil Hüseynov, Bərdənin icra başçısı Vidadi İsayev, İmişlinin icra başçısı Elçin Rzayev  bu boyda cinayət əməllərindən bixəbərdirlər..?
Sonda bir mühüm məsələyə də toxunmasaq olmaz.
Bəli, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev son illər bəlkə də minlərlə əlilin sosial müavinətini ləğv edib, yaxud dərəcəsini aşağı salıb.
Biz bunun nə dərəcədə obyektiv, yaxud qeyri-obyektiv olduğunu deyə bilmərik.
Amma görəsən minlərlə köhnə əlillik dərəcələrini ləğv edən Sahil Babayev  gündə yüzlərlə, bəlkə də minlərlə verilən saxta əlillik dərəcələrini  görmür.
Deməli, biz Sahil Babayevin sirrini açmış oluruq.
Bir yandan  minlərlə əlillik dərəcələrini ləğv edərək, özünü yuxarılara “yaxşı oğlan”  kimi göstərir, o biri yandan isə gündə yüzlərlə əlilə “dabro”  verir.
Bunun bir adı var: Bir güllə ilə 2 dovşan vurmaq.
Sahil Babayev bilməlidir ki, onların bu rayona təyin etdikləri şəxslər, onun qohumu və işçisi olan keçmiş Füzuli rayon İcra Hakimiyyətinin başçısı Nəbi Muxtarovun qızı Mətanət xanımın ən yaxın rəfiqəsidir. Bütün qaranlıq məsələlərin hamısını Təranə Məmmədova, Mətanət xanımın vasitəsilə həyata keçirir. Bu haqda daha geniş yazı növbəti sayımızda olacaq.

Mənbə: Gündəlik Bakı

Sizinxeber.Az
0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Sahil Babayevin əlillik sirrinin üstü açıldı…. – Ağcabədi Mərkəzi Xəstəxanasında nələr baş verir..?

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Et

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!