Главная > Sağlamlıq > Heydər Əliyev prospektindəki qəzada iki nəfər yaralanıb
Heydər Əliyev prospektindəki qəzada iki nəfər yaralanıb10-04-2025, 16:30. Разместил: Rss Bot Report |
|
Nizami rayonu, Heydər Əliyev prospekti ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə Sabunçu Tibb Mərkəzinə aprelin 10-da saat 15:10 radələrində 2 nəfər (1 kişi, 1 qadın) hospitalizasiya olunub. Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd edilib ki, döş qəfəsinin əziyi diaqnozu təyin edilən 1976-cı il təvəllüdlü qadına zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb. 1974-cü il təvəllüdlü kişiyə sol dizin kəsilmiş yarası diaqnozu təyin edilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir. Вернуться назад |