Главная > Sağlamlıq > Ötən il Azərbaycanda süni mayalanma ilə uşaq dünyaya gətirən qadınların sayı məlum olub - EKSKLÜZİV

Ötən il Azərbaycanda süni mayalanma ilə uşaq dünyaya gətirən qadınların sayı məlum olub - EKSKLÜZİV


8-08-2025, 16:00. Разместил: Rss Bot Report

Ötən il Azərbaycanda 392 qadın süni mayalanma (ekstrakorporal mayalandırma) ilə uşaq dünyaya gətirib.

Bu barədə Dövlət Statistika Komitəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib.

Bu, 2023-cü illə müqayisədə 62 nəfər azdır:

"Həmçinin ekstrakorporal mayalandırma nəticəsində 2021-ci ildə 391, 2022-ci ildə 395 qadınının hamiləliyi doğuşla başa çatıb".


Вернуться назад