
İrandan İsrailə 27 ballistik raket atılıb, 86 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-2

İrandan İsrailə 27 ballistik raket atılıb, 86 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-2
İranın bu gün səhər İsrailə raket zərbələri nəticəsində yaralananların sayı 86 nəfərə çatıb.
APA-nın xəbərinə görə, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.
Yaralılardan ikisinin durumu orta ağırdır, 81 nəfər yüngül yaralanıb, 4 nəfərin durumu isə açıqlanmayıb.
***
saat 11.38
İranın bu gün səhər İsrailə raket zərbələri nəticəsində yaralananların sayı 23 nəfərə çatıb.
APA-nın xəbərinə görə, bu barədə "ynetnews.com" məlumat yayıb.
Yaralılardan birinin durumu orta ağırdır, 22-i yüngül yaralanıb
***
saat 09.39
İrandan İsrailə 27 ədəd ballistik raket atılıb.
APA-nın xəbərinə görə, bu barədə İsrail Ordusu məlumat yayıb.
Raketlərin hədəfi Hayfa şəhəri və İsrailin mərkəzi rayonları olub.
Ölkə üzrə 10 yerə raket və qalıqlarının düşdüyü barədə xəbər daxil olub. 1 nəfə orta ağır olmaqla, 11 nəfər xəsarət alıb.
***
saat 09.01
İsrail İrandan ballistik raketlərin atılması qeydə alınıb.
APA-nın xəbərinə görə, bu barədə İsrail Ordusu məlumat yayıb.
Bu, ABŞ-ın İranın nüvə obyektlərini bombalamasından sonra İrandan İsrailə ilk hücumdur.
Raket hücumu ilə əlaqədar İsrailin mərkəzi və şimalında həyəcan siqnalı verilib. Əhali növbəti xəbərdarlığa qədər sığınacaqlarda qalmalıdır.
İran mediası da İsrailə yeni raket hücumu başladığı barədə xəbər yayıb.