Moskva Ukrayna ilə münaqişənin həlli üçün əsas tələblərini açıqlayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
in
2025
11:30
0
0
1 031

Moskva Ukrayna ilə münaqişənin həlli üçün əsas tələblərini açıqlayıb

21 in, 2025
11:30
1 031

Moskva Ukrayna ilə münaqişənin həlli üçün əsas tələblərini açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin “Sky News Arabia” telekanalına müsahibəsində Moskvanın Ukrayna ilə münaqişənin həlli üçün əsas tələblərini açıqlayıb.

“Report”un Rusiya KİV-inə istinadən verdiyi xəbərə görə, o bildirib ki, Kiyev Rusiyanın nəzarəti altında olan Ukrayna ərazilərində keçirilmiş referendumların nəticələrini tanımalıdır.

V.Putin həmçinin deyib ki, Ukrayna neytral ölkə olmalı, heç bir xarici alyansa qoşulmamalı və nüvə silahı ilə silahlandırılmamalıdır.

"Kiyev Rusiyaya qarşı çıxan marionet rejimlərin deyil, milli maraqlarını əsas tutmalıdır", - Rusiya lideri qeyd edib.

Putin həmçinin ukraynalıların əksəriyyətinin Rusiya ilə dostluq münasibətlərinin qorunmasında maraqlı olduğuna əmindir.

"Bütün bu məsələlər 2022-ci ildə İstanbulda müzakirə olunub və o zaman Moskva və Kiyev sazişin imzalanmasına yaxın idi", - o əlavə edib.

Gülnar Mahmudova

Bizimlə əlaqə saxlayın