20
in
2025
15:30

yuxarı
Azərbaycanda xüsusi müsadirə edilmiş əmlaklar təkrar hərraca çıxarılacaq

Azərbaycanda xüsusi müsadirə edilmiş əmlaklar təkrar hərraca çıxarılacaq
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyulun 17-də xüsusi müsadirə edilmiş əmlakların satışı üzrə 50 % endirimlə təkrar hərrac keçirəcək.
"Sizinxeber.az" bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca mobil telefon, qeyri yaşayış sahəsi, 4 torpaq sahəsi, bağ evi və fərdi yaşayış ev hərraca çıxarılacaq.