Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında Hemodializ şöbəsi açılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
may
2026
11:30
0
0
1 702
ff

Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında Hemodializ şöbəsi açılıb

07 may, 2026
11:30
1 702

Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında Hemodializ şöbəsi açılıb

Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında Hemodializ şöbəsi yaradılıb.

Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, şöbənin açılış mərasimində TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının vəzifələrini icra edən Natiq Nağıyev, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının direktoru Sayiq Səmədov və digər əməkdaşlar iştirak ediblər.

S.Səmədov Hemodializ şöbəsinin fəaliyyəti və yaradılan şəraitlə bağlı məlumat verib. O deyib ki, Gədəbəy rayonunda böyrək çatışmazlığından əziyyət çəkən xəstələr bundan sonra Hemodializ şöbəsində tibbi xidmət ala biləcəklər.

Qeyd olunub ki, şöbədə dörd ədəd müasir tipli Almaniya istehsalı olan "Fresenius Medical Care" hemodializ aparatı quraşdırılıb, xəstələrin istirahəti üçün bütün şərait yaradılıb. Mərkəzin otaqları yumşaq inventar və lazımi tibbi avadanlıqlarla təmin edilib.

Vurğulanıb ki, Hemodializ şöbəsində 1 həkim, 8 tibb bacısı, 2 texnik və 2 sanitar olmaqla, ümumilikdə, 13 nəfər tibbi heyət xidmət göstərəcək.

Bizimlə əlaqə saxlayın

×
×