Sabunçudakı it bazarından REPORTAJ: Ən bahalı köpək neçəyə satılıb? – VİDEO
Baku TV-nin əməkdaşı Sabunçudakı it bazarından reportaj hazırlayıb.
Hər həftə sonu müştəri axtarışına çıxan it sahibləri bu heyvanların qidalanması üçün çəkdikləri xərcdən, onları haradan əldə etdiklərindən danışıb.
“İtləri yoldan tutub gətirənlər də, özü saxlayıb satanlar da var”, – deyə onlayn it satışı ilə məşğul olan şəxs deyib.
Burada satılan itlərin qiyməti yaşından və cinsindən asılı olaraq 80-800 manat arasında dəyişir.
Qeyd edilib ki, bazarda ən baha satılan itin qiyməti 2 min manat olub.
Sizinxeber.Az
0
Əla Xəbər
0
Kədərli
0
Əsəbiləşdi
0
Təəccübləndim