Sabirabadda avtomobil piyadanı vuraraq ağır yaralayıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Qaragüney kəndi ərazisində qeydə alınıb.
“VAZ-2107” markalı avtomobil yolu keçən rayonun Minbaşı kənd sakini, 1974-cü il təvəllüdlü Sarıyev Səfa Xanhüseyn oğlunu vurub. Yaralı ağır vəziyyətdə Şirvan xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib və əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oğuzda dağətəyi ərazidə kol-kos yanır – YENİLƏNİB 2 – VİDEO Bərdədə bacısını öldürən şəxsə hökm oxunub Bakıda yaşlı qadını avtomobil vurub