Sizin Reklamınız Burada ola bilər!
Rusiyanın 15 bəndlik təklifi var – Paşinyan açıqladı
Rusiyanın 15 bəndlik təklifi var – Paşinyan açıqladı

Rusiyanın 15 bəndlik təklifi var – Paşinyan açıqladı

Erməni cəmiyyətində belə bir rəy yaratmağa çalışırlar ki, guya Ermənistan üçün Rusiyanın təklifləri (sülh sazişi təkliflərindən söhbət gedir – red.) daha sərfəlidir, Qərbin təklifləri isə sərfəli deyil. Amma Ermənistan hakimiyyəti Rusiyanın proqramını rədd edir və Qərbi qəbul edir.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan “Mülki müqavilə” partiyasının 6-cı qurultayında deyib.

“Bağışlayın, ancaq bu iddianın reallıqla heç bir əlaqəsi yoxdur”, – o bildirib.

O bildirib ki, iki anlayış var – Rusiya və Qərb, amma Ermənistan Rusiyanın təklifinə öz prinsipial razılığını 2021-ci ilin yanvarında verib:

“Bu sazişlərin əsas müddəası odur ki, Rusiya Ermənistan və “Dağlıq Qarabağın” (? – red.) qarantıdır.

Bu plan Ermənistana 2021-ci ilin avqustunda təqdim edilib və sentyabrda biz razılığımızı vermişik. Və əgər Rusiya vasitəçi kimi 15 bəndlik təklifləri əsasında sənəd təklif edərsə, biz imzalamağa hazırıq”.

Qeyd edək ki, 15 bəndlik təhlif və Rusiyanın qarantlığı barədə fikirlərin rəsmi səviyyədə səsləndirilməsi ilk dəfədir.

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Rusiyanın 15 bəndlik təklifi var – Paşinyan açıqladı

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica