Rusiya Qərbin qaydaları ilə yaşamayacaq - Putin
Rusiya Qərbin qaydaları ilə yaşamayacaq - Putin

Rusiya kanalı mümkün nüvə hücumunun görüntülərini yayıb

Rusiyanın Ukraynanı işğalı fevralın 24-dən bu yana davam edərkən, Rusiya prezidenti Vladimir Putin keçən həftə 4 rayonun ilhaqını elan edərək, nüvə silahı təhlükəsinin hər zaman bir seçim olaraq masada olduğunu vurğuladı.
Bizimyol.info xəbər verir ki, Putinin açıqlamaları bütün dünyada narahatlıq doğursa da, ABŞ -ın müdafiə naziri Loyd Ostin mövzu ilə bağlı ilk dəfə danışıb. Ostin deyib ki, Putin Ukraynada nüvə silahından istifadə ilə bağlı hədələrində “blef etmir”.

Ostin Putini “nüvə qılıncını yelləməkdə” günahlandırsa da, o, ABŞ-da yerləşən CNN xəbər kanallarına deyib: “Putini idarə edə biləcək heç nə yoxdur. O, Ukraynanı işğal etmək üçün məsuliyyətsiz qərar verdi. İndi o, başqa qərarlar da verə bilər”.

Xatırladaq ki, Putinin “nüvə təhlükəsi”ndən və 4 bölgənin ilhaqından sonra ABŞ bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyaları sərtləşdirmək qərarına gəlib. Bildirilir ki, Ağ Ev Rusiyanı dünya iqtisadiyyatından ayırmaq da daxil olmaqla müxtəlif ssenariləri nəzərdən keçirir.

Bundna əlavə, ABŞ-da çıxan “New York Times” qəzeti də Putinin açıqlamalarını gündəmə gətirib, mümkün nüvə müharibəsi riski barədə ABŞ rəsmiləri ilə danışıb. “New York Times” qəzetinə adı açıqlanmayan yüksək rütbəli ABŞ rəsmisi deyib: “Putin yəqin ki, dərhal nüvə silahından istifadə etməyəcək. Bunun əvəzində Rusiya bütün Avropanı əhatə edən kibertəxribat kampaniyasına başlaya bilər. O, Ukraynadakı yüksək rütbəli məmurları hədəfə ala və ya infrastruktura hücum edə bilər. Putinin nüvə təhlükəsi Qərbi Ukraynaya verdiyi dəstəyi yenidən nəzərdən keçirmək üçün qorxutmaq və ya Kiyevi zəif mövqedən danışıqlara məcbur etmək məqsədi daşıya bilər”.

Digər tərəfdən, Putinə sadiqliyi ilə tanınan Çeçenistan lideri Ramazan Kadırov da nüvə silahından istifadəni dəstəklədiyini açıqlayıb. Kadırov Putini Ukraynada “aşağı effektiv” nüvə silahından istifadə etməyə çağırıb.

Ukraynalı hərbi mənbə Britaniyanın “The Times” qəzetinə mümkün nüvə hücumu riski barədə danışaraq, Qərbin nüvə silahı ilə cavab verəcəyinə inanmadıqlarını, ancaq Rusiyanın hücumunun qarşısını almağa diqqət edəcəklərini bildirib.

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Putinin təhdid xarakterli açıqlamalarına “Putinə mesaj budur ki, nüvə silahından istifadə etsəniz, bu, intihar olacaq. Biz bunu ciddi qəbul etməliyik. Biz onun ukraynalılara dəstək baxımından bizi qorxutmasına imkan verməməliyik”,- deyə bildirib.

Putinin sözləri bütün dünyada narahatlıq doğurub və Rusiya mediası da nüvə təbliğatına başlayıb. Rusiyada yayımlanan NTV yayım təşkilatı nüvə silahının tətbiqindən sonra baş verənləri nümayiş etdirərkən, Putini Ukraynada qələbə qazanmaq üçün “tədbirlər görməyə” çağırıb. Qeyd edək ki, NTV kanalının Kremlə bağlı enerji nəhəngi “Qazprom”un media qanadından olduğu bildirilir.

Sizinxeber.Az

Rusiya kanalı mümkün nüvə hücumunun görüntülərini yayıb

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

SİZİNXEBER.AZ AZƏRBAYCAN XƏBƏRLƏRİ ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!