Roskomnadzordan daha bir qanunsuzluq: Caliber.Az da Rusiyada bloklandı

Caliber.Az saytına Rusiya ərazisində blok qoyulub.
Bu qərar Roskomnadzor (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti) tərəfindən verilib.
Saytın redaksiyasına heç bir məlumat, xəbərdarlıq edilmədən atılan bu addım birbaşa söz azadlığına, demokratiyaya, plüralizmə zidd hesab olunur.
Qeyd edək ki, Caliber.Az heç bir zaman yalan, dəqiqləşdirilməmiş, həqiqətə uyğun olmayan məlumatlar yaymayıb. Bu baxımdan Roskomnadzorun belə addım atması olduqca qərəzli və qanunsuzdur.
Xatırladaq ki, Caliber.az rus, ingilis və erməni dillərində fəaliyyət göstərir. Bu baxımdan verilmiş qərarı həm də Caliber.Az-ın Rusiyadakı oxucularına qarşı hörmətsizlik hesab etmək olar.
Oxu.Az saytı olaraq həm Roskomnadzoru, həm də Rusiyanın Azərbaycandakı Səfirliyini məsələyə yenidən nəzər salmalarını, baş vermiş bu qərəzli hadisənin təkrar qiymətləndirilməsini istəyirik.
Ən azından yaranmış vəziyyətlə bağlı Caliber.Az-a rəsmi məlumat vermələrini tələb edirik. İnanırıq ki, bu qanunsuz qərar ciddi müdaxilə, məsuliyyətli yanaşma nəticəsində ləğv olunacaq.
Qeyd edək ki, daha əvvəl oxu.az, haqqin.az, minval.az, musavat.com, baku.ws saytları da Rusiya ərazisində heç bir xəbərdarlıq edilmədən bloklanmışdı.

Sizinxeber.Az

Roskomnadzordan daha bir qanunsuzluq: Caliber.Az da Rusiyada bloklandı

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

SİZİNXEBER.AZ AZƏRBAYCAN XƏBƏRLƏRİ ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!