Rəşid El-Alami: “Azərbaycanın tutduğu demokratik yol islamın gözəl dəyərləri ilə ziddiyyət təşkil etmir”

“Azərbaycanın tutduğu demokratik yol islamın gözəl dəyərləri ilə ziddiyyət təşkil etmir”

“Report” xəbər verir ki, bunu Mərakeş Nümayəndələr Palatasının sədri Rəşid El-Alami Milli Məclisin mayın 16-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirdiyi xüsusi iclasda çıxışı zamanı deyib.

“Şübhəsiz ki, Azərbaycanın uzun illərdir qoruyub saxladığı uğurlar məhz Heydər Əliyevin adı ilə bağlıdır. Onun hakimiyyəti dövründə Azərbaycan bir çox uğurlara imza atıb”, – o, vurğulayıb.

Azərbaycan çox gözəl ölkə olduğunu bildirən Mərakeş Nümayəndələr Palatasının sədri vurğulayıb ki, mərhum Heydər Əliyev ölkəni böyük cazibə mərkəzinə çevirə bilib:

“Mədəniyyətiniz də çox dərindir. Şəhərləriniz müasir, gələcəyə doğru inamla irəliləyir. Təbii ki, bu kimi nailiyyətlər son 30 il müddətində əldə edilib. Coğrafi mövqeyi baxımından Azərbaycanda Qafqazın gözəlliyi var. Azərbaycanda həmçinin müxtəlif dünya mədəniyyətlərin, sivilizasiyaların qovuşduğunu müşahidə edirik”.

O həmçinin vurğulayıb ki, Azərbaycan xalqının düşüncəsi və yaradıcılıq bacarığı da bir nümunədir: “Azərbaycanın tutduğu demokratik yol islamın gözəl dəyərləri ilə ziddiyyət təşkil etmir”.

Sizinxeber.Az

Rəşid El-Alami: “Azərbaycanın tutduğu demokratik yol islamın gözəl dəyərləri ilə ziddiyyət təşkil etmir”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

SİZİNXEBER.AZ AZƏRBAYCAN XƏBƏRLƏRİ ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!