Sizin Reklamınız Burada ola bilər!
Rəşad Dağlı kirayədə yaşayır - Qazandığı pullar hara gedib?
Rəşad Dağlı kirayədə yaşayır - Qazandığı pullar hara gedib?

Rəşad Dağlı kirayədə yaşayır – Qazandığı pullar hara gedib?

Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlı barədə müzakirələr səngimir.

Hadisədən sonra KİV-lərə danışan qonşuları söz ustadının kirayədə yaşadığını açıqladılar.

Məsələ sosial şəbəkələrdə gündəmə çevrildi, istifadəçilər bu məsələyə inanmadıqlarını, Rəşadın toy məclislərindən xeyli pul qazandığını iddia etdilər.

Bəs Rəşad Dağlı qazandığı pulu hara xərcləyib?

Day.Az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan meyxanaçının bibisi qızı, jurnalist Könül Aypara bu məlumatın doğru olduğunu bildirib. Onun sözlərinə görə, Rəşad pullarını xeyriyyə işlərinə xərcləyib:

“Bəli, Rəşad kirayədə yaşayırdı. O, pullarını xeyriyyə məqsədilər xərcləyirdi. Yaşadığı ev isə özünün deyildi, öz evi təmirdədir. Qazandıqlarını yardıma ehtiyacı olanlara xərcləyirdi”.

Meyxanaçının həmkarı Ağamirzə Məmmədov isə R.Dağlının kirayədə yaşadığına inanmadığını deyib:

“Kirayədə yaşayıb-yaşamadığını bilmirəm. Bu haqda dəqiq məlumatım yoxdur. Amma bildiyim şey onun doğurdan da xeyriyyəçiliklə məşğul olmasıdır. Rəşad çox adama əl tutub, yaxşı işlər görüb. Müğənnilər kimi meyxanaçılar da hər zaman xeyriyyəçilik ediblər. Biz edəndə xəlvət edirik. Kiməsə yardım edəndən sonra bu haqda danışıb mən filankəsə filan şey etdim dedinsə, o yardım heç nədir, zay olub gedir. Gərək etdiyin yardımı bir sən biləsən, bir də Allah. O ki, qaldı Rəşad Dağlının kirayədə qalmağına, bu inandırıcı söhbət deyil, mən inanmıram. Allah köməyi olsun, qapısını açsın”.

Xatırladaq ki, meyxanaçı Rəşad Dağlı (Əmirov) qonşusu İsgəndər Mehtiyevi qətlə yetirib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Rəşad Dağlı kirayədə yaşayır – Qazandığı pullar hara gedib?

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Giriş Yap

Yandex.Metrica