Sizin Reklamınız Burada ola bilər!
Rəisidən İrandakı terror aktına sərt reaksiya
Rəisidən İrandakı terror aktına sərt reaksiya

Rəisidən İrandakı terror aktına sərt reaksiya

İran Prezidenti İbrahim Rəisi Şiraz şəhərində baş verən terror aksiyasına münasibət bildirib və həlak olanların ailələrinə başsağlığı verib.

Axar.az xəbər verir ki, İbrahim Rəisi vəhşicəsinə törədilən bu terror aksiyasının cavabsız qalmayacağını bildirib.

O qeyd edib ki, həzrət Əhməd bin Musanın müqəddəs ziyarətgahında törədilən bu terror aksiyası nəticəsində qadın və qocalar qətlə yetirilib. Ölkə rəhbəri İslam İnqilabının düşmənlərinin törətdiyi cinayətlərin sırasına birinin də əlavə olunduğunu təəssüflə qeyd edib. O, cinayətkarların məhkəmə qarşısında cavab verməli olacaqlarını bildirib.

İran Prezidenti bəyan edib ki, ziyarətgaha hücum edib günahsız insanları öldürməklə düşmən öz çarəsizliyini göstərir. Bununla düşmən İran xalqını parçalamağa, ölkənin tərəqqisinin qarşısını almağa çalışır ki, məqsədinə nail olsun.

Qeyd edək ki, ötən gün axşam saatlarında terrorçular Şirazdakı Şah Çıraq məscidinə daxil olaraq ibadət edən insanları avtomat tipli silahdan atəşə tutublar. Nəticədə 20 nəfər həlak olub, 40 nəfər yaralanıb.

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Rəisidən İrandakı terror aktına sərt reaksiya

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica