Sizin Reklamınız Burada ola bilər!
Rəhim Rəhimli dəfn olundu + FOTO - CANLI YAYIM
Rəhim Rəhimli dəfn olundu + FOTO - CANLI YAYIM

Rəhim Rəhimli dəfn olundu + FOTO – CANLI YAYIM

Rəhim Rəhimli dəfn olundu – YENİLƏNİB + FOTO – CANLI YAYIM
Bəstəkar-müğənni Rəhim Rəhimli dəfn olunub.
Oxu.Az xəbər verir ki, sənətçi Bülbülə qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun sənət dostları, ailə üzvləri, yaxınları iştirak ediblər.
13:01
Müğənni Rəhim Rəhimli son mənzilə yola salınır.





11:37
Bəstəkar-müğənni Rəhim Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova bildirib.
Onun sözlərinə görə, Rəhim Rəhimlinin halının qəflətən pisləşməsi səbəbindən 30.09.2022-ci il tarixində saat 01:30 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub:
“Həkim briqadası tərəfindən ifaçıya zəruri tibbi yardımlar göstərilsə də, R.Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib.
İfaçının yanaşı ağır xəstəlikləri – qaraciyər sirrozu və kardiomiopatiyası da olub”.



10:18
Müğənni, bəstəkar Rəhim Rəhimli ilə vida mərasimi başlayıb.
Oxu.Az xəbər verir ki, mərasim R.Rəhimlinin Mərdanov qardaşları küçəsində qaldığı evdə keçirilir.
Yas məclisində mərhumun ailə üzvləri, yaxınları və sənət adamları iştirak edirlər.
Qeyd edək ki, prodüser Təranə Səmədova, rəqqasə Zara, müğənnilər Elvin Babazadə, “Qurd” ləqəbi ilə tanınan reper Fərid Eminov, Nihat Məlik, Şöhrət Məmmədov və bəstəkar-müğənni Murad Arif mərhumla vidalaşıblar.


Daha çox şəkil burada: Photostock.az
08:31
Müğənni Rəhim Rəhimlinin ölüm səbəbi açıqlanıb.
Bu barədə “Qafqazinfo”ya ifaçının prodüseri Həmzə Məmmədli açıqlama verib.
Onun sözlərinə görə, sənətçinin son zamanlar ürəyində problemlər olub. Bu səbəbdən Rəhim Rəhimli gecə saatlarında evində ürəktutmadan dünyasını dəyişib.
Prodüseri R.Rəhimlinin dəfn olunacağı yeri də açıqlayıb. O bildirib ki, mərhum sənətçi bu gün saat 12-də Bülbülə qəbiristanlığında torpağa tapşırılacaq.

06:25
Tanınmış müğənni, bəstəkar Rəhim Rəhimli vəfat edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Xalq artisti Faiq Ağayev “Instagram” hesabında paylaşım edib.
F.Ağayev R.Rəhimlinin ölüm səbəbini açıqlamayıb.
Qeyd edək ki, R.Rəhimli bir sıra klipləri, mahnıları ilə tanınıb. 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi “MTV Azərbaycan” telekanalının direktoru işləyib.
O, eyni zamanda bəstəkarlıq fəaliyyəti ilə məşğul olub. İlkin məlumata görə, 43 yaşlı musiqiçi ürəktutmadan vəfat edib.

Nəzrin Vahid

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Rəhim Rəhimli dəfn olundu + FOTO – CANLI YAYIM

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Giriş Yap

Yandex.Metrica