Sizinxeber.Az

Cəlilabadda Novruz yarmarkası: süni qiymət artımının qarşısı alınır

0 4

Martın 2-də Cəlilabad şəhərində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satış yarmarkası təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarmarkanın keçirilməsində məqsəd Novruz bayramı ərəfəsində bazarlarda süni qiymət artımının qarşısının alınması, yerli fermer və təsərrüfat sahiblərinin istehsal etdikləri məhsulların bazara çıxarılmasıdır.

Yarmarkada satışa bazar qiymətindən ucuz olmaqla, yerli məhsullar çıxarılıb.

Alıcılar yarmarkanın təşkilindən, təklif olunan malların qiymətlərindən, istehsalçılar və fermerlər isə məhsullarını rahat satmaq üçün yaradılan şəraitdən razılıqlarını bildiriblər.

Satış yarmarkaları hər həftənin şənbə və bazar günləri, mart ayının 16-dan 21-dək isə hər gün keçiriləcək.

Şərhlər
Loading...