Sizin Reklamınız Burada ola bilər!
featured

Reabilitasiya mərkəzində uşaqlara işgəncənin yeni görüntüləri + VİDEO

Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsi ilə bağlı yeni görüntülər üzə çıxıb.

Sosial şəbəkələrdə yayılan kadrlarda mərkəzin üç əməkdaşının azyaşlıya qarşı zorakılıq etməsi müşahidə olunur.

10:08

Ötən gün sosial şəbəkələrdə uşaqlara işgəncə verən özəl loqoped mərkəzi ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

“Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın alt işçi qrupunda bu görüntülərlə bağlı araşdırmalar aparılır. Komissiya Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər və digər aidiyyəti qurumların nümayəndələrindən ibarətdir. Araşdırmalar başa çatdıqdan sonra komissiya nəticələr barədə məlumat yayacaq”, – deyə qurumdan bildirilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, paytaxtda reabilitasiya mərkəzində əlil uşaqlara işgəncə verən şəxslərin kimliyi polis tərəfindən müəyyən olunub. Araşdırmalar davam etdirilir.

09:44

Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilib.

“Report”un xəbərinə görə, bu barədə sosial şəbəkələrdə videogörüntülər paylaşılıb.

Həmin görüntülərdə mərkəzin əməkdaşlarının uşaqlara işgəncə verdiyi əks olunub.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, hadisə paytaxtın Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən “Mehnur” reabilitasiya mərkəzində qeydə alınıb:

“Görüntülər bir neçə gün əvvəl çəkilib. Bu barədə aidiyyəti qurumlara məlumat vermişəm”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən isə bildirilib ki, məsələ artıq nəzarətə götürülüb:

“Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Reabilitasiya mərkəzində uşaqlara işgəncənin yeni görüntüləri + VİDEO

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Yap

Yandex.Metrica