Sizin Reklamınız Burada ola bilər!
Qurban Yetirmişli: “Bakıda elə bina var ki, onun iki qanadı 8, digər qanadı isə 9 ballıq ərazidədir”

“Bakıda çoxmərtəbəli binalar tikilərkən standart seysmik bal qiyməti tətbiq edilməməlidir”.
Bunu Trend-ə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, hər bina üçün ayrıca olaraq seysmik bal müəyyənləşdirilməlidir.
“Bəzən eyni ərazidə binalar eyni layihə ilə tikilsə də, zəlzələ zamanı onlar müxtəlif dərəcəli dağıntılara məruz qalırlar: standart qiymətlər tətbiq edildikdə zəlzələ zamanı hansısa bina dağılır. Belə bir hal bir neçə il qabaq Türkiyədə baş verən zəlzələ zamanı baş vermişdi. Belə ki, ərazidə eyni layihə əsasında tikilən bir neçə bina olsa da, onlardan yalnız biri tamamilə dağılmışdı.
Bakıda da elə bina var ki, onun iki qanadı 8, digər 1 qanadı 9 ballıq ərazidədir. Güclü zəlzələ olarsa, 9 ballıq ərazidə tikilən bina dağılacaq. Bütün bu halların baş verməməsi üçün mürəkkəb geoloji quruluşu olan ərazilərdə tikinti işlərindən əvvəl hər bir bina üçün binaaltı ərazinin seysmik ballıq qiyməti dəqiqləşdirilməlidir. Standart qiymət tətbiq edilməməlidir. Buna görə də binalar zəlzələyə davamlı tikilməlidir ki, risk, dağıntılar, tələfat minimuma ensin”, – o qeyd edib.

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Qurban Yetirmişli: “Bakıda elə bina var ki, onun iki qanadı 8, digər qanadı isə 9 ballıq ərazidədir”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica