ilbet
Qurban Qurbanov 11-ci dəfə ilin ən yaxşı məşqçisi seçildi

Qurban Qurbanov 11-ci dəfə ilin ən yaxşı məşqçisi seçildi

Abunə Ol
Dekabr 14, 2021 23:09
Qurban Qurbanov 11-ci dəfə ilin ən yaxşı məşqçisi seçildi
0

BƏYƏNDİM

ABUNƏ OL

Qurban Qurbanov 11-ci dəfə ilin ən yaxşı məşqçisi seçildi
Azərbaycanda 2021-ci ilin ən yaxşı futbol məşqçisinin adı açıqlanıb.
Oxu.Az xəbər verir ki, komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub.
67 jurnalistin qatıldığı sorğuda Qurbanov digər namizədləri böyük fərqlə geridə qoyaraq, 2021-ci ilin ən yaxşı məşqçisi seçilib. O, 58 səs toplamaqla birinci olub. Bununla da Qurbanov 11-ci dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi seçilib.
Sorğuda iştirak edənlərdən 4-ü “Zirə”nin baş məşqçisi Rəşad Sadıqova, 3-ü “Neftçi”yə son mövsümdə Azərbaycan çempionluğunu qazandıran Samir Abbasova, 2-si isə “Sumqayıt”ın çalışdırıcısı Ayxan Abbasova səs verib. “Keşlə” ilə son mövsümdə ölkə kubokunu qazanan Sənan Qurbanova səs verən olmayıb.
“Qarabağ” son mövsümdə Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan çempionatında 2-ci yeri tutmuşdu və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı. Ağdam komandası bu il mübarizə apardığı UEFA Konfrans Liqasında qrup mərhələsini aşaraq, tarixində ilk dəfə olaraq pley-offa vəsiqə qazanıb.
Qeyd edək ki, Oxu.Az-ın əməkdaşı Səbuhi Musayev də Qurban Qurbanova səs verib.

WWW.SİZİNXEBER.AZ

En az 10 karakter gerekli


FİKİR BİLDİR!

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.