Qubadlı şəhərində 600 şagird yerlik məktəb binası tikiləcək - FOTO
Qubadlı şəhərində 600 şagird yerlik məktəb binası tikiləcək - FOTO

Qubadlı şəhərində 600 şagird yerlik məktəb binası tikiləcək – FOTO

Qubadlı şəhərində 600 şagird yerlik məktəb binası tikiləcək – FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Qubadlı şəhərində 600 şagird yerlik tam orta məktəb binasının təməlinin qoyulması mərasimində iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına məktəb binası ilə bağlı məlumat verilib.
Bildirilib ki, məktəb Qubadlı şəhəri, Dondarlı kəndi və ona bitişik açıq ərazidə inşa olunacaq. Təhsil ocağı və ona məxsus açıq ərazilər yaşayış sahələri ilə əhatə olunacaq. Məktəbin həyətyanı ərazisindəki idman qurğularından və oyun meydançalarından axşamlar və həftə sonları ictimaiyyət nümayəndələri də istifadə edə biləcəklər.
Qeyd edilib ki, məktəb binası modul tipli sinif otaqlarından istifadə olunmaqla layihələndirilib. Təbii işıqla işıqlandırılmış daxili məkanlar məktəbin enerji tələbatını minimuma endirəcək. Binanın strukturu uyğunlaşan sistemdir və şəhərin böyüməsi ilə bağlı şagird sayı artdıqca genişləndirilə bilər.
Dövlətimizin başçısı məktəb binasının təməlini qoyub.

Sizinxeber.Az

Qubadlı şəhərində 600 şagird yerlik məktəb binası tikiləcək – FOTO

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

SİZİNXEBER.AZ AZƏRBAYCAN XƏBƏRLƏRİ ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!